Dünya (23-12-2014, 18:29)
Suriyada 10-dan çox uşaq öldürüldü
Əsədə bağlı qırıcılar məktəbləri bombaladı
“Al Jazeera”nin yaydığı xəbərdə deyilir ki, çərşənbə axşamı Suriya hökumətinə bağlı qırıcı təyyarələr üsyançıların nəzarətində olan iki məktəbə havadan zərbə endirib. Təyyarələrdən kustar üsulla hazırlanmış çəllək-bombalar (barrel bombs) atılıb. Partlayış gücü yüksək olan belə bombaları hazırlamaq üçün çəlləklərin içinə müxtəlif kimyəvi tərkibli maddələr vurulur. Sonra havadan həmin çəlləklər hədəfə doğru atılır...
Televiziyanın əldə etdiyi xəbərlərə görə, Suriya ordusuna məxsus qırıcılar Dəməşq və İdbirdəki məktəbləri partladıblar. Həmin məktəblərə üsyançıların sığındığı söylənilir.
“Al Jazeera” xatırladır ki, bir gün əvvəl-bazar ertəsi isə oxşar hücum zamanı 4 uşaq olmuşdu, 10 uşaq isə yaralanmışdı.
Qeyd olunur ki, İdbir “əl-Qaidə”yə bağlı “Əl-Nusra Cəbhəsi”nin nəzarəti altındadır.
Suriyanın Hərbi Hava Qüvvələri prezident Bəşər Əsədə onu devirmək istəyənlərə qarşı mübarizədə son dərəcə böyük üstünlüklər verir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024