Dünya (23-12-2014, 12:43)
Tunis yeni prezidentini seçdi
Dünən axşam prezident seçkilərində qələbə çalan Bəci Qaid əl-Sibsi xalqa seçkilərdə kimin kimə səs verdiyinin unutmağı tövsiyə edərək “bütün tunislilərin prezidenti” olacağına söz verib
Avropa.info-nun əl-Ərabiyyə kanalına istinadən verdiyi xəbərdə bildirilir ki, bu gün Tunis televiziyası vasitəsi ilə 21 dekabrda keçirilən prezident seçkilərində qələbə çaldığını açıqlayan 88 yaşlı əs-Sibsi xalqı ancaq gələcəyə doğru baxmağa və ölkənin gələcəyi üçün doğru qərarlar qəbul etməyə səsləyib.
Ümumi səslərin 55,6 faizini toplayan əs-Sibsi onu bu vəzifəyə layiq görənlərə öz dərin təşəkkürünü bildirib.
O həmçinin sabiq prezident Monsef əl-Mərzuqinin ona zəng edərək təbrik etdiyini söyləyib.
Tunis Ali Seçki Komissiyası rəhbəri Şövfiq Sarsar keçirdiyi mətbuat konfransında seçkilərin ikinci turunda Nida Tunis Partiyası rəhbəri əs-Sibsinin 55,68 % səslə birinci, sabiq prezident Monsef əl-Mərzuqinin isə 44,32 % səslə ikinci yeri bölüşdüyünü bildirib.
Məlumat üçün bildirək ki , 88 yaşlı əs-Sibsi parlamentin sədri vəzifəsindən uzaqlaşdırılaraq 1991-ci ildə mühacirətə göndərilmiş və siyasi həyatdan uzaqlaşmışdı. 14 yanvar 2011-ci il inqilabından sonra ölkəyə qayıdan əs-Sibsi yenidən siyasi həyata atılmışdı.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024