Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-08-2018, 11:30)
Ermənistanda “cadugər ovu” davam edir

Ermənistanda “cadugər ovu” davam edir

 

Ermənistanın Xüsusi İstintaq Xidməti baş nazirin sabiq müavini, Ermənistan Təhlükəsizlik Şurasının keçmiş baş katibi Armen Gevorkyana qarşı  Konstitusiya məhkəməsinin hakiminə təzyiq göstərmək ittihamı irəli sürüb.

Mediatv.az  xəbər verir ki, ona 6 il həbs cəzası verilə bilər.

Məlumatı Ermənistanın Xüsusi İstintaq Xidmətinin başçısı Sasun Xaçatryan yayıb.

“Xatırlayırsınızsa, “WikiLeaks”də Armen Gevorkyanın Konstitusiya məhkəməsinin hakimi Valeri Poqosyana təzyiq göstərməsi barədə məlumat dərc edilmişdi. Biz bu məlumatı yoxladıq və onun həqiqəti əks etdirdiyini gördük”, - Xaçatryan deyib.

Onun sözlərinə görə, Poqosyan Amerika səfirliyinə müraciət edib və bildirib ki, qardaşı vasitəsi ilə təzyiqlərə məruz qalır.

O əlavə edib ki, Gevorkyan ədalət məhkəməsinə maneə yaratmaqda ittiham olunur və əgər günahkar olduğu sübuta yetirilsə, onu 6 il həbs cəzası gösləyir.

Gevorkyana Ermənistanı tərk etmək qadağan edilib.

Armen Gevorkyan müxtəlif illərdə Ermənistan prezidenti və baş nazirinin köməkçisi, dövlət başçısı Administrasiyasının rəhbəri, Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifələrində çalışıb. 2008-2014-cü illərdə isə o, ölkənin baş naziri olub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024