Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-04-2017, 15:46)
Rusiya hərəkətə keçdi – Suriyanın hava hücumundan müdafiə sistemi gücləndirilir

“Yaxın vaxtlarda Suriya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin effektivliyini artırmaq və möhkəmləndirmək üçün kompleks tədbirlər görüləcək”.

Mediatv.az:   Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

“Suriyadakı infrastrukturun daha həssas obyektlərini əhatə etmək üçün yaxın vaxtlarda Suriya hava hücumundan müdafiə sisteminin effektivliyini artırmaq və möhkəmləndirmək üçün kompleks tədbirlər görüləcək”, – deyə o, qeyd edib.

Rusiya MN-in sözçüsü ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələrinin döyüş effektivliyinin çox aşağı olduğunu söyləyib:

“Aprelin 7-də Moskva vaxtı ilə saat 03:42 – 03:56 arasında Aralıq dənizi akvatoriyasındakı Krit adası rayonundan ABŞ hərbi dəniz qüvvələrinə məxsus iki hərbi gəmidən Suriyanın Homs əyalətindəki Əş-Şayrat aviabazasına 59 “Tomahawk” qanadlı raketləri ilə zərbə endirilib. Rusiya pilotsuz uçuş aparatlarının məlumatlarına görə, Suriya aviabazasına qədər həmin raketlərdən cəmi 23-ü uça bilib.

Zərbələr nəticəsində texniki avadanlıq anbarı, yeməkxana, anqarda olan 6 ədəd “Miq-23” təyyarəsi, eləcə də radiolokasiya stansiyası məhv edilib. Uçuş-enmə zolağı və dayanacaqda olan Suriya hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ziyan görməyib. Suriya aviabazasının komandanlığının məlumatına görə, 2 suriyalı hərbçi itkin düşüb, 4 nəfər həlak olub, 6 nəfər isə yanğını söndürərkən xəsarət alıb”.

шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024