Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Slayd (9-10-2016, 18:25)
Türkiyədə hərbi posta bombalı hücum: ölü sayı 17-yə çatdı, 27 yaralı

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən Durak Jandarm hərbi postuna hücum zamanı ölənlərin sayı 17 nəfərə çatıb.

Mediatv.az:  "Habertürk" xəbər verir ki, bu barədə Hakkari valisi məlumat yayıb.

 Hakkari valisi Şəmdinlidə terror hücumu zamanı 9 hərbçinin şəhid olduğunu, 8 mülki şəxsin həyatını itirdiyini bildirib.

O, qeyd edib ki, 27 yaralı hərbçi helikopterlərlə hospitallara yerləşdirilib.

*   *   *14:56

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən hərbi posta bomba yüklənmiş avtomobillə edilən hücum nəticəsində ölən əsgərlərin sayı 9-a çatıb.

"Anadolu" agentliyinin yaydığı son məlumata görə, PKK təşkilatının törətdiyi terror aktı zamanı daha 11 əsgər yaralanıb.

*   *   *13:31

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən hərbi posta bomba yüklənmiş avtomobillə edilən hücum nəticəsində ölən əsgərlərin sayı 8-ə çatıb.

Hadisə zamanı aralarında mülki şəxslər də olmaqla, 7 nəfər yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda yaralananlardan 5-nin hərbçi olduğu bildirilir.

Partlayışdan sonra ərazidə 5 metr dərinliyində və 10 metr enində böyük çuxur yaranıb. Hadisədən dərhal sonra qəsəbədə havadan dəstək verilən geniş miqyaslı antiterror əməliyyatı başlayıb.

Əraziyə çoxlu sayda təcili yardım maşını cəlb edilib. Yaralılar Şəmdinli və Yüksəkova dövlət xəstəxanalarına aparılıblar.

*   *   *12:38

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsindəki hərbi postda bomba yüklü avtomobilə hücum olub. Nəticədə 6 əsgər şəhid olub.

Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Terror aktını PKK terror təşkilatı törədib. Partlayış nəticəsində aralarında mülki şəxslərin də olduğu 7 nəfər yaralanıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024