Dünya (19-12-2015, 15:14)
Türkiyədə ağır döyüşlər: Daha 68 PKK-çı öldürüldü
Türkiyənin cənub-şərqində terrorçulara qarşı hərbi əməliyyatlar davam edir.
Mediatv.az-ın məlumatına görə, son 4 gündə təhlükəsizlik qüvvələrinin 4 vilayətdə terrorçulara qarşı apardığı əməliyyatlar nəticəsində öldürülən PKK-çıların sayı 68 nəfərə çatıb, külli miqdarda odlu silah və partlayıcı maddələr müsadirə olunub. Terrorçulardan 3-ü sağ ələ keçirilib.
Əməliyyatlar zamanı Türkiyə Silahlı Qüvvələrinin 1 çavuş şəhid olub, 22 nəfər yaralanıb.
Qeyd edək ki, İraqla sərhəd yaxınlığında yerləşən Şırnakın Cizrə və Silopi şəhərlərində təhlükəsizliyin qorunması üçün minlərlə polis və əsgər bölgəyə səfərbər olunub. Bir çox sakinlər döyüşlərə görə evlərini tərk edib, təhlükəsiz rayonlara köçüblər.
Təxminən 2 min xüsusi təyantlı polislə 1000-ə yaxın xüsusi təyinatlı jandarma qüvvələrinin həyata keçirdiyi son əməliyyatda terrorçular 1500 kilometr ərazidə sıxışdırılıb. Silopi şəhərində 400 terrorçu mühasirəyə alınıb. Şəhərin Başak, Barbaros, Nuh və Cudi məhəllələrində də terrorçularla şiddətli döyüşlər gedir.