Mediatv.az xarici KİV-ə istinadən xəbər verir ki, “Xarici döyüşçülər. Suriya və İraqa xarici döyüşçülərin axını barədə yeni informasiya” adlı hesabatda terror təşkilatının şəxsi heyətinin 86 ölkədən gələn 31 min döyüşçüdən ibarət olduğu bildirilir.
“Soufan Group” İŞİD-in sıralarında Yaxın Şərqdən 8240, Şimali Afrikadan 8000, Qərbi Avropadan 5000, Ruisiya və MDB ölkələrindən 4700, Cənub-Şərqi Asiyadan 900, Balkan ölkələrindən 875 və Şimali Amerikadan 280 döyüşçünün olduğunu yazır. “Soufan Group”a görə, İŞİD sıralarındakı döyüşçülərin milli tərkibi belədir:
1. Tunis – 6 min nəfər
2. Səudiyyə Ərəbistanı – 2500
3. Rusiya – 2400
4. Türkiyə - 2100
5. İordaniya – 2000
6. Fransa – 1800
7. Liviya - 1200
8. Böyük Britaniya - 760
9. Almaniya - 750
10. Belçika - 470
Təşkilat Azərbaycan və Gürcüstandan da kifayət qədər döyüşçünün İŞİD-ə qoşulduğunu yazır.
İŞİD-in sıralarında xidmət edən qafqazlıların əkəsriyyəti şimal respublikalarından – Dağıstan və Çeçenistandandır. Azərbaycan və Gürcüstan isə İŞİD-də Şimali Qafqaza nisbətən az olsa da, özülüyündə xeyli kontingentlə təmsil olunur.