Dünya (10-12-2015, 09:38)
İran genişmiqyaslı hərbi təlimlərə başlayır
İran ordusunun quru qoşunları İŞİD terror qruplaşmasının təhdidlərinin qarşısını almaq məqsədilə genişmiqyaslı hərbi təlim keçirəcək.
Mediatv.az xəbər verir ki, bu haqqda məlumat verən İran ordusunun quru qoşunlarını komandanı, general Əhməd Rza Purdəstan onu da diqqətə çatdırıb ki, təlimə hava qüvvələrinin də bəzi hissələri qatılacaq.
General bəyan edib ki, İranın təhlükəsizliyinə qarşı hər hansı bir addım atılarsa o zaman nüvə, kimyəvi və biolaji silahlardan başqa bütün növ silahlardan istifadə olunacaq.
Qeyd olunub ki, İran hava hücumundan müdafiə sistemini gücləndirmək üçün Rusiyadan C-300 tipli zenit raket komplekslərini almaq niyyətindədir.
Bu ərəfədə isə İranın Sistan bölgəsində terror aktının baş verdiyi bildirilir. Yerli mətbuatın yazdığına görə, özlərini bəlluc və sünni azlıqlar hesab edən qruplaşmanın üzvləri Nikşəhr şəhərində partlayış törədiblər. Nəticədə 3 polis həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.