Dünya (29-11-2015, 14:13)
Rusiyadan biabıçı addım: Sadə türk vətəndaşlara təzyiq edir
Türkiyənin Rusiyadakı səfirliyi bu ölkənin hökümətindən vətəndaşlarına qarşı təzyiq edilməsi barədə şikayətlərə izah tələb edib.
Mediatv.az ”İnterfax”a istinadən xəbər verir ki, Rusiyada yaşayan Türkiyə vətəndaşları RF rəsmi orqanları tərəfindən təzyiqə məruz qalmaları barədə şikayət edirlər.
“Son günlərdə Rusiyanın müxtəlif şəhərlərində yaşayan Türkiyə vətəndaşlarından Rusiya rəsmi orqanlarının nümayəndələri tərəfindən təzyiqə məruz qalmaları barədə səfirliyə şikayətlər daxil olub. Şikayətlə biznesmen, tələbə və sadə vətəndaşlar tərəfindən daxil olur” – səfirliyin məlumatında bildirilir.
“Səfirlik onlarla əlaqə saxlayır, bu şikayətləri dəqiqləşdirdikdən sonra Rusiya Xarici İşlər nazirliyi və müvafiq qurumlara məlumat göndərir. Biz Rusiya hökumətindən bu təzyiqlərin dayandırılmasını gözləyirik” – məlumatda qeyd olunur.