Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (28-11-2015, 17:11)
Türkiyə XİN-dən vətəndaşlara çağırış: Rusiyaya səfərləri təxirə salın

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Rusiyaya səfərləri təxirə salmağı tövsiyə edib.
Mediatv.az xəbər verir ki, bu barədə XİN-in saytında məlumat verilir.

XİN bəyan edir ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi ilə əlaqədar olaraq Türkiyə vətəndaşlarının Rusiyaya səyahəti və orada qalması ilə bağlı bir sıra problemlər müşahidə olunur: "Vətəndaşlarımıza vəziyyət düzələnədək Rusiyaya vacib və təcili olmayan səfərləri təxirə salmağı tövsiyə edirik".

Xatırladaq ki, Türkiyə Hərbi-Hava Qüvvələrinin Rusiyaya məxsus Su-24 qırıcı təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Tərəflər bir-birinə hələlik qeyri-rəsmi şəkildə qarşılıqlı embarqo və sanksiyalar tətbiq ediblər. Turizm və ticarət dayandırılıb. Rusiyadakı Türkiyə, habelə Türkiyədəki Rusiya vətəndaşları kütləvi şəkildə öz ölkələrinə qayıtmağa başlayıb. İki ölkənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfər və görüşləri təxirə salınıb. Münasibətlərdəki gərginlik hələ davam edir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024