Dünya (9-11-2015, 16:13)
Rusiya İranla müqavilə imzaladı: S-300
Moskva Tehranla S-300 zenit-raket komplekslərinin quraşdırılması ilə bağlı müqavilə imzalayıb.
Mediatv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Rostex” şirkətinin Dubay aviasalonun rəhbəri Sergey Çemezov bildirib.
Çemezovun sözlərinə görə, müqavilənin birinci hissəsinin icrasından sonra bu ölkələr beynəlxalq sanksiyalarla üzləşmişdi.
Daha əvvəl “Rosoboroneksport”un İran üçün S-300 raket-zenit kompleksinin təkmilləşdirilməsi üzərində çalışdığı xəbər verilirdi.
Qeyd edək ki, Rusiya Qərbin təzyiqi altında 2010-cu ildə bu müqaviləni ləğv edib. Ancaq İranla dünya gücləri aralıq sazişi əldə edəndən sonra, bu ilin aprelində qadağanı götürüb. Moskva İrana sanksiyalar yumşaldılandan sonra iqtisadi və ticari faydalar götürməyi hədəfləyir.
İran ilk dəfə zenit raketlərinin 2003-cü ilin noyabrında maraqlanıb. 2007-ci il dekabrın 26-da İranın müdafiə naziri Mostafa Məhəmməd Nadjar "Rosoboroneksport" şirkəti ilə beş ədəd S-300 raket kompleksinin alınması barədə müqavilə imzalandığını açıqlayıb.
2010-cu il iyunun 9-da BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan 1929 nömrəli qətnamə qəbul edib və bununla raket və raket sistemlərinin çatdırılmasına qadağa qoyulmuşdu.