Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (20-09-2015, 10:22)
Ərəb qaçqınlar Avropada hamını bir-birinə vurub

Macarıstanın Müdafiə Nazirliyi könüllü əsasda ehtiyatda olan hərbçiləri orduya çağırılıb.
Mediatv.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Macarıstanın yeni müdafiə naziri İştvan Şimiçko qeyd edib ki, ehtiyatda olanlar ilk növbədə yerlərdəki qarnizonlardan ölkənin sərhədlərinə göndərilən hərbçilərin yerini tutacaqlar.

Qeyd edək ki, bundan əvvəl Macarıstanın hüquq-mühafizə qurumlarının əməkdaşları Xorvatiyadan gəlmiş miqranlarla dolu qatarı saxlayıb. Həmçinin 40 xorvatiyalı polis əməkdaşının da saxlanıldığı bildirilir. Xorvatiyanın rəsmi qurumları məlumatı təkzib edib.

Bu arada Xorvatiya razılaşdırılmadan ölkəyə miqrantlarla dolu qatar göndərməklə Macarıstanın suverenliyini pozub. Bunu isə Macarıstan XİN rəhbəri Peter Siyarto bildirib.

Peter Siyarto qeyd edib ki, Xorvatiyanın qatarın yola salınması məsələsinin guya Serbiya və Avropa İttifaqı (Aİ) rəhbərliyi ilə razılaşdırıldığı iddiası ağ yalandır.

“Miqrantlara şərait yaratmaq əvəzinə, Xorvatiya onları birbaşa Macarıstana göndərir. Budurmu Avropa həmrəyliyi?” - deyə XİN rəhbəri vurğulayıb.

O, həmçinin Macarıstanın Xorvatiya ilə sərhəd boyu səddin tikintisini sürətləndirəcəyini qeyd edib.

Bundan əvvəl Macarıstan hakimiyyəti yaydığı bəyanatda, sərhədləri qoruya bilmədiyinə görə Xorvatiyanı Macarıstanı və Avropa İttifaqını pis vəziyyətdə qoymaqda ittiham edib.

Qeyd edək ki, bundan əvvəl Macarıstan hüquq-mühafizə qurumlarının əməkdaşları Xorvatiyadan yola salınmış miqrantlarla dolu qatarı saxlayıb. Macarıstan XİN rəhbəri Xorvatiyanı miqrantları qanunsuz sərhədi keçməyə təhrik etməkdə günahlandırıb.

Xatırladaq ki, Macarıstan sentyabrın 17-dən Xorvatiya ilə sərhəd boyu səddin tikintisinə başlayıb.

Bolqarıstanın baş naziri Boyko Borisov da ölkə sərhədlərinin “qeyri-qanuni miqrantların” üzünə bağlanıldığını bildirib. Bu barədə “OFFNews” nəşri məlumat yayıb.

Boyko Borisov ölkəyə yalnız qanuni əsaslarla girmək mümkün olduğunu qeyd edib. Borisov bildirib ki, rəsmi Sofiyanın xahişi ilə Türkiyə polisi və jandarmları qaçqınları Bolqarıstan sərhədindən 40 km aralıda saxlayır.

Baş nazir əlavə edib ki, sərhəddən yalnız minik və yük avtomobilləri buraxılır və bunun sayəsində Aİ ölkələrinə keçməyə səy göstərən miqrant axınını az da olsa tənzimləmək mümkün olub.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan miqrantlara görə Türkiyə ilə sərhədə hərbçilərini göndərməyə başlayıb (APA).

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024