Dünya (13-09-2015, 10:58)
Həbsxanada dava, ölənlər var
ABŞ-ın Oklahoma ştatının Kuşinq şəhərində təhlükəli cinayətkarlarının saxlanıldığı Simarron həbsxanasında məhbuslar arasında dava düşüb.
ANS PRESS-in məlumatına görə, dava nəticəsində üç məhbus ölüb, beş nəfər isə yaralanıb. Cəzaçəkmə müəsissəsinin rəhəbərliyi bildirib ki, həbsxana işçilərindən heç kimə zərər dəyməyib.
İlkin məlumata görə, qarşıdurma həbsxananın bloklarından birində başlayıb və bir saata yaxın davam edib. Mühafizəçilərin müdaxiləsindən sonra məhbuslar sakitləşib.
Ciddi rejimli Simarron həbsxanası
Simarron həbsxanasında 1720 təhlükəli cinayətkar cəza çəkir. Bu həbsxanada baş verən ilk belə hal deyil. İyun ayında məhbuslar arasında baş verən iğtişaşda 12 nəfər yaralanıb. Davanı sakitləşdirmək üçün həbsxanaya ştat polisi cəlb edilib.
Hadisənin baş verdiyi-Oklahoma ştatı (qırmızı rənglə işarələnib)