Dünya (11-09-2015, 15:40)
Arvadını 2 yaşlı oğlunun qarşısında doğradı - FOTO
Türkiyənin Bursa şəhərində yaşayan 62 yaşlı baqqal Köksal Temel 6 ay əvvəl evləndiyi, əslən Suriyadan olan 32 yaşlı arvadı Diya Hudranı qətlə yetirib.
Mediatv.az AHT-yə istinadən bildirir ki, K.Temel xanımı 2 yaşlı Yusifin gözləri qarşısında döyüb, sonra qadına 20 bıçaq zərbəsi vurub.
Qeyri-rəsmi nikahda olduğu arvadını qətlə yetirən Köksal Temel otaqda 19 siqaret çəkib.
Olay Osmanqazi rayonundakı Mahmudiyye küçəsində yaşanıb.
4 övlad atası K.Temel 5 ay əvvəl boşanmış, 6 ay əvvəl Suriyadan qaçaraq Bursaya pənah gətirən 2 yaşlı oğul anası Diyan Hudra ilə Şəriət nikahında yaşamağa başlamışdı.
Əri Suriyada həlak olmuş Diya Hudra ilə Köksal Temel arasında ötən həftə qısqanclıq zəminində dava-dalaşlar olub.
Köksal Temel dünən dostu Yüksel Üstünün mahını ilə 2 yaşlı Yusifi xəstəxanaya aparıb, iynə vurdurub.
Xəstəxanadan qayıdadan sonra K.Temel baqqal dükanına Y.Üstünün baxmasını istəyib və beşmərtəbəli binanın ikinci qatındakı mənzilinə qalxıb.
Yarım saat sonra dükana qayıdan Temel dostuna mənzilin açarını verərək "Uşaq ağlayırdı. Gedib baxıb gələ bilərsən?" deyib.
Yüksel Üstün mənzilin qapısını açanda Diya Hudranı yerdə, qan içində görüb. Anasını qucaqlayıb ağlayan 2 yaşlı Yusifi qucağına alıb aşağı enən Y.Üstün təcili yardıma və polisə zəng vurub.
Hadisə yerinə yollanmış polis D.Hudranın boğaz və sinə nahiyələrinə 20 bıçaq zərbəsinin vurduğunu təsbit edib. Cəsədin yanında 19 siqaret kötüyü də vardı.
Köksal Temel isə yaşadığı binadan təqribən bir kilometr aralıda, Fatih məhəlləsindəki məktəbin bağçasının qarşısında çöməlib ağladığı vəziyyətdə tutulub.
Onun əlində D.Hudranı öldürdüyü qanlı bıçaq vardı.