Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (20-02-2015, 22:37)
Millət vəkili Türkiyədə Elnurla görüşdü- Foto

Millət vəkili Türkiyədə Elnurla görüşdü- Foto

 

Millət vəkili Qənirə Paşayeva Elnur Hüseynovla görüşüb. 

 

“Qafqazinfo”nun məlumatına görə, “O səs Türkiyə” musiqi yarışmasının qalibi ilə həmsöhbət olan deputat, görüş barəsində fikirlərini sosial şəbəkədə paylaşıb: 

“İstanbulda Qarabağla bağlı tədbirlərdən sonra Elnurla görüşdük və anam, bacım, Günay xanımla birlikdə onu təbrik edib, uğurlar arzuladıq, geniş söhbət etdik. Dedi-qodulara önəm verməməsini, bundan sonra musiqi ilə bağlı daha da çox çalışmasını söylədik. “Bar verən ağaca daş atan çox olar” deyiblər. Ortada bir gerçək var o da Elnurun böyük musiqi istedadıdır. Elnur vətənimiz Azərbaycanda və qardaş Türkiyədə onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirdi və Türkiyədə insanların əksəriyyətinin ona sevgi ilə yanaşdığını dedi. Bəzi pis niyyətlilər isə hər yerdə var. 

İnşallah inanırıq ki, Elnur bundan sonra da özünün gözəl sənət uğurları ilə insanlarımızı sevindirməkdə davam edəcək. Azərbaycanla bərabər qardaş Türkiyəni də özünün sənət uğurları ilə sevindirməklə Türkiyədəki insanlarımıza doğru seçim etdiklərini hər zaman hiss etdirəcək. Uğurlar Elnur. Qardaş Türkiyəyə isə təşəkkürlər. Gənc istedadlı insanlarımıza daha çox mənəvi dəstək verməliyik və onları yıpratmaq, ruhdan salmaq istəyənlərə imkan verməməliyik. Ruhdan salmaq üçün səbəb axtarmaq gərək deyil onu hər zaman hər kəsdə tapmaq olar amma dəstək olmaqla onun daha da böyük uğurlara imza atmasına nail ola bilərik”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024