Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (18-02-2015, 15:40)
Debaltsovo katyolunda minlərlə Ukrayna əsgərini ucdantutma qırırlar, Putin isə Kiyevi lağa qoyur

Debaltsovo katyolunda minlərlə Ukrayna əsgərini ucdantutma qırırlar, Putin isə Kiyevi lağa qoyur

Ukraynanın Donetsk vilayətinin Debaltsovo şəhərində mühasirəyə alınmış hərbi qüvvələri ucdantutma qırırlar

 

Virtualaz.org saytı xəbər verir ki, bu barədə mühasirə həlqəsinə düşən döyüşçülərə kömək etməyə çalışan ukraynalı könüllülər məlumat yayıblar.
İnna adlı könüllü Debaltsovodan xəbər verir ki, mühasirəyə alınmış hərbi birləşmələrdən biri - 128-ci əlahiddə dağ-piyada briqadası olduqca böyük itkilər verib. İnna döyüşçülərin mövqelərinə yaxınlaşmağa və yaralıları çıxarmağa kömək etməyə çalışıb, ancaq buna nail olmayıb.
“128-ci briqada böyük itkilər verir, həqiqətən yüzlərlə döyüşçü əsir düşüb. Mühasirədən çıxmağa çalışan uşaqların hamısı həlak olub, onların cəsədləri ya maşınlardadır, ya sadəcə olaraq yolların kənarlarında qalıb” - deyə İnna telefonla bildirib.
O, həlak olanların sayını dəqiq bilmədiyini, ancaq sayın yüzlərlə hesablandığını deyib.
Separatçıların hücumlarından sonra 128-ci briqadanın qalıqları Debaltsovonun mərkəzindən geri çəkilərək şəhərin ətraflarında mövqe tutublar. Mühasirədəki qalan hərbi birləşmələrin də çoxsaylı itkilər verdiyi bildirilir.
Ukrayna Müdafiə Nazirliyi isə ancaq “Debalstovoda vəziyyətin ağır olduğunu, şiddətli küçə döyüşlərinin getdiyini” bildirməklə kifayətlənir. İtkilərin sayı və əsir düşənlər haqda açıqlama verilmir.
Könüllülər isə bildirirlər ki, mühasirəyə düşənlərə heç bir kömək gəlmir, hərbçilərə sadəcə olaraq atıblar və Debaltsovonun aqibəti yüzlərlə, hətta minlərlə hərbçinin həlak olduğu İlovaysk “katyol”undan daha betər ola bilər.
Xatırladaq ki, Debaltsovo “katyol”unda 7-8 minlik Ukrayna hərbi birləşmələrinin qaldığı bildirilir. Rəsmi Kiyev son günlərə qədər Debaltsovonun mühasirədə olduğunu təsdiq etmirdi.
Macarıstanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin isə Budapeştdə keçirdiyi mətbuat konfransında Ukraynaya istehza edib və Debaltsovo “katyol”una düşənləri silahı yerə qoymağa çağırıb.
Putin Kiyevə müraciətlə deyib ki, Debaltsovo “katyol”una düşənlərin həyatını xilas etmək lazımdır və müqaviməti davam etdirməyin mənası yoxdur. Rusiya prezidenti deyib ki, Ukrayna rəhbərliyi mühasirəyə düşənlərə silahı yerə qoymağı əmr etməsə belə silahı yerə qoyanları cəzalandırmamalıdır.
Putin Ukraynanın bu müharibədə məğlub olduğunu bildirərək deyib: “Əlbəttə, uduzmaq həmişə pisdir, bu, uduzan üçün faciədir, xüsusən də dünənki şaxtaçılara və traktorçulara uduzmaqdan söhbət gedirsə. Ancaq həyat həyatdır, o, hökmən davam edəcək və mən bu acı məğlubiyyətdə ilişib qalmağı lazımsız hesab edirəm”.
Putinin sözlərinə görə, Debaltsovodakı indiki vəziyyəti əvvəlcədən təxmin etmək mümkün idi. Çünki Minsk danışıqlarından hələ bir həftə əvvəl Ukrayna qoşunlarının qruplaşması orada mühasirəyə alınmışdı.
Kiyevdə isə Debaltsovo mühasirəsində olan hərbçilərin yaxınları yolu kəsərək hakimiyyətdən ya mühasirəyə düşənlərə kömək göndərilməsini, ya onların oradan çıxarılmasını tələb edirlər.
Ukrayna prezidenti Pyotr Poroşenko dünıən axşam vəziyyəti Almaniya kansleri Angela Merkellə telefon danışığında müzakirə edib, Debaltsovoya görə Rusiyaya qarşı sərt addımların atılmasına çağırıb.
Ancaq belə görünür ki, bu çağırışa heç kim reaksiya verməyə hazırlaşmır və mühasirədəki minlərlə hərbçidən sağ qalmaq şansı olanlar çox azdır...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024