Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-02-2015, 17:50)
Merkellə Olland Kiyev və Moskvaya gedir

Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Ukraynanın şərqində yenidən qızışan qanlı müharibəni dayandırmaq üçün Kiyevlə Moskva arasında vasitəçiliyə başlayıb

 

Merkel və Olland ağır sülh şərtlərini müzakirə etmək üçün bu gün fevralın 5-də Kiyevə gedirlər. İki Avropa ölkəsinin rəhbəri Ukrayna prezidenti Pyotr Poroşenko və digər rəsmilərlə Donbasda zorakılığın dayandırılmasına dair danışıqlar aparacaqlar.
Olland və Merkeldən əvvəl isə Kiyevə ABŞ dövlət katibi Con Kerri gəlib. Sabah isə Olland və Merkel Kiyevdən Moskvaya gedib Rusiya prezidenti Vladimir Putinlə görüşəcəklər.
Putinin mətbuat katibi Dmitri Peskov sabah fevralın 6-da Rusiya prezidentinin Almaniya kansleri və Fransa dövlət başçısı ilə Ukrayna məsələsini müzakirə etmək üçün görüşəcəyini təsdiqləyib.
Olland Kiyevə yola düşməzdən əvvəl bəyan edib ki, Fransa Ukraynanın NATO-ya üzv olmasına qarşıdır. Ukraynanın NATO üzvlüyü niyyətindən rəsmən imtina etməsi Moskvanın Kiyev qarşısında irəli sürdüyü şərtlərdən biridir.
Bununla belə Donbasdakı müharibəni dayandırmaq üçün Avropa liderlərinin tərəflərə hansı sülh şərtləri təklif etməyə hazırlaşdığı hələ məlum deyil.
Ancaq indiki situasiya bu şərtlərin Ukrayna üçün kifayət qədər ağır olacağını göstərir. Çünki bir neçə aylıq nisbi atəşkəsdən sonra  yenidən qızışan müharibədə Ukrayna silahlı qüvvələri heç bir nailiyyət əldə edə bilməyib və daha bir neçə yaşayış məntəqəsinə nəzarəti itirib.
Hazırda rusiyameylli separatçıların qüvvələri Ukrayna ordusunun iri qoşun birləşməsini Debaltsovo şəhəri ətrafında mühasirə həlqəsinə salmağa cəhd edir. Bu baxımdan əgər sülh barədə razılaşmsı ancaq Ukraynanın ciddi güzəştləri hesabına mümkün ola bilərdi.
2008-ci ilin avqust müharibəsində də Avropa liderləri, konkret olaraq Fransanın o vaxtkı prezidenti Nikolya Sarkozi təcili vasitəçiliyə başlayaraq Gürcüstan üçün ağır güzəştlər hesabına atəşkəsə nail olmuşdu
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024