Dünya (12-02-2015, 14:10)
Xanım deputat həbs edildi
Rumıniyada ölkənin sabiq turizm naziri, deputat Elena Udrea vəzifəsindən sui-istifadə və çirkli pulların yuyulması ittihamı ilə həbs edilib
Bir neçə gün əvvəl Rumıniya parlamenti səs çoxluğu ilə Elena Udreanın deputat toxunulmazlığını ləğv etmək qərarını dəstəkləyib. Sabiq turizm nazirinin cinayət işində bir neçə nazirin və nüfuzlu iş adamlarının adı çəkilir. Cinayət işinin əsas tərkibi sabiq turizm nazirinin, bir çox nazirlərin və iş adamlarının 2004-2009-cu illərdə rumın məktəblərinə kompyuter proqramlarının quraşdırılması üçün “Microsoft” şirkəti ilə müqavilənin tenderin şərtlərinə riayət olunmadan imzalanmasıdır.
Rumıniyada son iki ildə Avropa İttifaqının tələbinə əsasən korrupsiya ittihamları ilə bir çox məmurlar, sabiq nazirlər, o cümlədən sabiq Baş nazir Adrian Nastase həbs edilmişdirlər

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025