Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-02-2015, 18:27)
Ana ilə qızı asılmış vəziyyətdə tapıldı

Polis hadisənin qətl, yoxsa intihar olduğunu deyə bilmir

 

“The Associated Press”in Massaçusets-in Brokton bölgəsindən verdiyi xəbərdə deyilir ki, yerli qadın və onun 9 yaşlı qızı yaşadığı evin zirzəmisində asılmış vəziyyətdə polis tərəfindən aşkar edilib. Hadisənin baş verdiyi yerdə 32 yaşlı Ariana Rosa-Soares-in yazısı tapılıb. Polis bildirib ki, ananın qələmə aldığı bu yazı insidentin səbəbini anlamaq baxımından çox önəmlidir. Ancaq polis yazılı mətndə söhbətin nədən getdiyini açıqlamayıb.
Ailəyə yaxın olan şəxslər polisə zəng vuraraq narahatlıqlarını bildiriblər. Elə bu səbəbdən axtarış aparan polis Ariana Rosa-Soares və onun qızı Narley Soares-ın meyitlərin səhər saat 10 radələrində aşkar edib.
Yerli polisin bəyanatında deyilir ki, mərhum qızın atası polis tərəfindən dindirilib. Dindirmədən aydın olub ki, bu hadisə məişət zəminində baş vermiş zorakılığa söykənmir. Polis ana ilə balanın öldürüldüyünü və ya intihar etdiklərini deməkdə çətinlik çəkib. Yalnız bildirilib ki, hadisə ilə bağlı bütün detallar nəzərdən keçirilir. Meyitləri yarmaqla müəyyən suallara cavab tapılacağı ehtimal edilir.
Cose Roza Ariana Rosa-Soares-in atasıdır. O, “The Boston Globe”a açıqlamasında deyib ki, onun qızı ruhi xəstəlikdən əziyyət çəkirmiş: “Mən onun ana olmasından çox narahat idim. İstəyirdim ki, nəvələrim dövlət tərəfindən himayəyə götürülsün. Kaş ki, bunu vaxtında edəydim. Mən buna cəhd etdim. Bu gün baş verən bu hadisənin qarşısını almağa çalışdım. Mən ölümü hiss edirdim. Mən bu ağılsız ölümü hiss edirdim”.
Agentlik bildirir ki, bu ailə 10 il əvvəl Afrika sahillərindən Amerikaya yaşamağa gəlib.(musavat.com)

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024