Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-02-2015, 11:56)
Erməni ailəsi qızlarını Daun sindromlu uşaqdan imtina etməyə məcbur edib – FOTO

Erməni ailəsi qızlarını Daun sindromlu uşaqdan imtina etməyə məcbur edib – FOTO

Erməni inanclarına görə xəstə uşaq ailəyə rüsvayçılıq gətirir.

Yeni Zelandiyadan olan gənc ata Samuel Forrest çətin seçim qarşısında qalıb. Belə ki, onun həyat yoldaşı Ruzan Badalyan onu ya o, ya da dünyaya Daun sindromlu gələn körpə oğlu Leo ilə seçim arasında qoyub.

Bu şokedici hadisə yanvar ayının 21-də, Ermənistanın xəstəxanalarının birində ana oğlunu dünyaya gətirdikdən sonra başlayıb.

Cütlük ilk övladlarının dünyaya gəlməsinə uzun müddət sevinməyiblər – uşaq ciddi və sağalmaz xəstə olub.

Bunu öyrənən ana Daun sindromlu oğlundan imtina edib və bunu erməni mədəniyyətinə və inanclarına görə bütün ailəyə rüsvayçılıq gətirməsi ilə əsaslandırıb. Ana uşağına baxmaqdan və toxunmaqdan belə imtina edib.

Gənc qadını ailə üzvləri də dəstəkləyib, xəstə uşağın doğulmasını utandırıcı hal hesab ediblər.

Amma ata xəstə uşağı atmaqdan imtina edib və sevimli arvadından ayrılmağa qərar verib. Qadın onu uşağa toxunacağı halda ondan boşanacağı ilə hədələyib.

Samuel vəsait toplayıb oğlunu Yeni Zelandiyaya gətirərək ona lazımi qulluqla təmin etmək istəyib, belə ki, bu, Ermənistanda mümkün deyil. Sosial şəbəkədə Bring Leo Home səhifəsi bir sutkadan az vaxt ərzində 100 000 dollar toplamağa yardım edib. Onun dərdinə şərik olanların insaniyyətliyi Samueli təəccübləndirib.

“Səhər bildim ki, məqsədimizə çatmışıq, lazımi məbləği toplamışıq. Leo bütün dünyada belə dostlara sahib olduğu üçün xoşbəxtdir”, - Samuel müsahibəsində bildirib.

Toplanılan vəsaiti ata doğma Oklenddə ev almağa və Leonun təhsilinə xərcləyəcəyini deyib. Vəsaitin bir qismini Samuel Ermənistanda xəstə uşaqları tərbiyə edən valideynlərə dəstək fonduna verməyə hazırlaşır.

“Biz qalan vəsaiti Ermənistanda valideynləri tərəfindən atılmış Daun sindromlu uşaqların saxlanıldığı uşaq evlərinə, eləcə də belə uşaqlara yardım edə biləcək təşkilatlara verəcəyik”, - Samuel deyib.

Samuelin ilk məqsədi il ərzində yetərincə vəsait toplayaraq, qismən məşğul olacağı iş taparaq oğluna qulluq etmək idi.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024