Dünya (4-03-2023, 08:37)
BƏƏ OPEK-i tərk edəcəkmi?
BƏƏ OPEK-dən çıxmaq niyyətində deyil.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi “Voll Strit Junal”ın xəbərini təkzib edən BƏƏ-nin bir neçə yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Agentliyin mənbələrindən birinin bildirdiyinə görə, BƏƏ səlahiyyətliləri bir neçə ildir ki, hansı ittifaqların ölkənin uzunmüddətli maraqlarına daha uyğun olacağını düşünür və zaman-zaman həqiqətən də OPEK-dən çıxmaq məsələsini gündəmə gətirirlər. Buna baxmayaraq, hazırda BƏƏ alyansı tərk etmək niyyətində deyil, çünki belə bir qərarın mənfi cəhətləri müsbət tərəflərini üstələyir.
“Əgər BƏƏ qəfildən OPEK-dən çıxsa, bu, təkcə ölkənin ən böyük ticarət tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanı ilə deyil, həm də Fars körfəzindəki Küveyt və İraq kimi digər müttəfiqləri ilə siyasi fikir ayrılığına səbəb ola bilər”.
Qeyd edək ki, “Voll Strit Jurnal” adı açıqlanmayan mənbələrə istinadla, BƏƏ-də neft hasilatını artırmaq üçün OPEC-dən çıxmaq ehtimalı ilə bağlı daxili müzakirələr apardığını bildirmişdi.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024