Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (15-02-2023, 13:08)
Rusiya Ermənistanı məhv etməklə hədələdi - Arşakyan

 KTMT-nin Birləşmiş Qərargahının rəhbəri, general-polkovnik Anatoli Sidorovun dünənki mətbuat konfransı hansı təəssüratı yaratdı? Əvvəlcə Sidorov bildirdi ki, KTMT-yə üzv dövlətlər, lazım gələrsə, Qafqazda müttəfiqi müdafiə etməyə hazır olacaqlar: “Biz Qafqaz regionunda müttəfiqimizlə çiyin-çiyinə verməyə hazırıq”.
“Nəhayət! KTMT Qafqazda Ermənistanın simasında müttəfiqinin olduğunu xatırladı” deyəcəkdim ki, general sadəcə dəstəyin sözlə məhdudlaşdırmaq niyyətində olduğuna işarə etdi: “Hərbi-siyasi vəziyyət fərqlidir, hər zaman hərbi qüvvələrlə əməliyyat keçirmək mümkün olmur. Bəzən “zərər verməmək” prinsipi tətbiq edilməlidir”.
Lakin generaldan fərqli olaraq Moskva siyasətçiləri birbaşa Ermənistanı hədələməkdə davam edirlər.
Axar.az xəbər verir ki, bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib.
“Bu həftə azərbaycanlı həmkarı Qafarova ilə görüşdə İrəvana qarşı təhdid tonunda danışan Rusiya Dövlət Dumasının spikeri Volodin açıq şəkildə bəyanat verdi: “Rusiya regiondankənar qüvvələrin Cənubi Qafqaza gəlməsinə imkan verməyəcək. Avropa qurumları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq ölkəni itirə bilərlər. Avropa Parlamenti və AŞPA-nı işə cəlb etmək istəyən dövlətlər Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında 10 dəfə düşünməli və bunun necə bitəcəyini anlamalıdırlar”.
Yəni, Moskva bir əli ilə (Sidorov - red.) Ermənistanı sanki sakitləşdirir, digər əli ilə isə (Volodin - red.) İrəvanı dövlətçiliyi itirməklə hədələyir. Amma Kremlin bu addımlarının hər ikisi Ermənistanı öz təsir orbitində saxlamaq məqsədi daşıyır. Necə ki, KTMT-də qalsanız, sözlə də olsa, kömək edəcəyik. Əgər siz Avropa və ümumilikdə Qərblə əməkdaşlığı gücləndirsəniz, Ukrayna və Yuqoslaviyanın təcrübəsini təkrarlayacaqsınız. Yəni “qıvrılmayın”, Qərblə dost olmağa çalışmayın. Kreml bizə kömək etmir, hətta hədələyir. Biz də Rusiyaya cavab verib, nəzərlərimizi Moskvanın geosiyasi rəqiblərinə çevirmişik”, - o bildirib.шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024