Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (11-02-2023, 08:18)
“Ermənistan ATƏT-də İranı qınayan qətnaməni bloklayıb” - “EU Reporter”

“Ermənistan ATƏT-də İranı qınayan qətnaməni bloklayıb”


Mediatv.az "Report"a istinadən “ATƏT-də İranın maraqlarını kim qoruyur və niyə?” başlıqlı həmin məqaləni təqdim edir:

“Fevralın 9-da ATƏT-in Daimi Şurasının keçirilən iclasında yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə baş vermiş ölümcül silahlı hücum müzakirə edilib pislənməli idi. Fevralın 2-nə planlaşdırılan debat da baş tutmamışdı. ATƏT-dəki Ukrayna mənbələri bildirib ki, ATƏT-in İranı birgə qınaması Ermənistan nümayəndə heyəti tərəfindən onların hökuməti ilə məsləhətləşməyə ehtiyacı olduğu üçün əngəllənib.

Fevralın 2-də ATƏT-ə üzv olan 57 ölkədən 52-si hücumu pisləyib və təcili araşdırmaya çağırıb. Amma ATƏT-in istənilən birgə qətnaməsi yekdil olmalıdır və buna görə də qətnamənin qəbulu ikinci dəfə erməni nümayəndələri tərəfindən bloklanıb.

Xüsusilə yanvarın 27-də Azərbaycan səfirliyində baş verənlərin görüntülərini nəzərə alsaq, İranı qınayıb-qınamamağa qərar vermək üçün hansı məsləhətləşmələrə ehtiyac olduğunu anlamaq çətindir.

İran mənbələri “şəxsi problemləri” olan bir dəlinin hücumundan tutmuş, müxtəlif saxta izahatlarla çıxış ediblər. Azərbaycan XİN-in yaydığı görüntülərdən açıq-aydın bəlli olur ki, hücum təxminən 40 dəqiqə davam edib, İran polisi isə silahlı şəxs binaya basqın edərkən və içəriyə çoxsaylı atəşlər açarkən müdaxilə etməməyi üstün tutub. Terrorçu səfirlik binasının diplomatik işçiləri və onların ailə üzvlərinin yaşadığı evlərin pəncərələrini nişan alıb.

İran polisi terrorçunu həbs etməyə tələsməyib, onunla danışmağa başlayıb, ona cinayətkar kimi yanaşmayıb, “tamaşa” bitənə qədər tamaşaçı mövqeyi tutub. Terrorçu qolları bağlanaraq aparılarkən naməlum şəxs onun avtomobilində axtarış aparıb, oradan nəsə götürərək hadisə yerini tərk edib.

Hücumdan sonra Azərbaycan Tehrandakı səfirliyini boşaldıb və bununla da ölkələr arasında mövcud gərginliyi diplomatik yollarla həll etmək şanslarını kəskin şəkildə məhdudlaşdırıb. 1979-1981-ci illərdəki İran girov böhranı hamıya diplomatik toxunulmazlığa və ya xarici diplomatik heyətin təhlükəsizliyinə sıfır hörmət edən dövlətlə riskə getməməyi öyrətdi.

Amma gəlin sualı bir daha nəzərdən keçirək - Ermənistan nümayəndələri bu aşkar terror aktına görə ATƏT-in İranı qınamasına niyə mane olurlar? Bu, sadəcə, Azərbaycana düşmənçilikdir, yoxsa daha böyük bir şey?

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəsinin “Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyi və regionun təhlükəsizliyi hesab etdiyini” iddia etməsi ilə yanaşı İranın ali lideri ayətullah Xamenei İran və Ermənistan arasındakı sərhədi bağlamağa cəhd edəcək istənilən ölkəni hədələyib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ermənistana pulsuz silah verməsi ilə bağlı xəbərləri bir kənara qoyaq.

İranın Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstəyinin Ermənistan vasitəsilə həyata keçirdiyini, İrəvanın hava məkanı və hava limanları vasitəsilə İran PUA-ları və raketlərinin tədarükü ilə Moskvaya sanksiyalardan yayınmağa kömək etdiyi barədə xəbərləri də bir anlıq unudaq.

Gəlin yaxın gələcəyə baxaq, bir neçə həftədən sonra İranın yüksək texnologiyalı şirkətlərinin nümayəndələri beynəlxalq “DigiTech” sərgisi zamanı İrəvana gələcəklər. “DigiTech” təşkilatçılarının tədbirin internet saytında qürurla təqdim etdikləri şirkətlərdən biri də İranda sərgi və konfrans sənayesinin qabaqcıllarından biri olan “Pars Rastak”dır.

Şirkətin icraçı direktoru Mehdi Səid əl-Zəkrin əvvəllər İran parlamentinin ictimaiyyətlə əlaqələr, mədəniyyət və beynəlxalq əlaqələr üzrə baş direktoru olub və həmçinin İran Xarici İşlər Nazirliyinə bağlı təşkilatlarla işləyib. Əl-Zəkrin əvvəllər də Ermənistana səfər edib və hökumətdəki dostlarını da özü ilə gətirib. 2022-ci ilin sonunda o, İran İnformasiya və Kommunikasiya Texnologiyaları Federasiyasından ixrac təşkilatlarının bir neçə nümayəndəsini Ermənistana özü ilə aparıb.

Maraqlıdır ki, hazırkı “DigiTech”in mövzusu İddialı Texnologiyadır: “Açıq iqtisadiyyatı getdikcə dəyişkən bir dünyada daha dayanıqlı etmək”. Vebsayt İranla bağlı hər hansı bir qeyddən qəti şəkildə çəkinir, mövcud şirkətlərdən yüksək səviyyəli idarəçilər və təsisçilərin olacağını elan edir.

Son zamanlar Rusiyanın regionda təsiri sürətlə azaldığı üçün İrəvan özünü qərbyönlü dövlət kimi təqdim etməyə çalışır. Ola bilsin ki, İrəvana xatırlatmağın vaxtı çatıb ki, müəyyən məsələlərdə, məsələn, terrorizm və üçüncü ölkələrin diplomatik nümayəndəliklərinin müdafiəsi ilə bağlı dəqiq mövqe tutmaq lazımdır”.





шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024