İyunun 23-də vəfat edən Dövlət Statistika Komitəsinin sədri mərhum Arif Vəliyevin postu hələ də boş qalıb. Hazırda Dövlət Statistika Komitəsinin sədrinin vəzifəsini hələ ki, rəsmi təyinatla heç kim icra etmir. Komitədən verilən məlumata görə, sədr Arif Vəliyev dünyasını dəyişməsi ilə əlaqədar bu dövlət qurumundakı sədr vəzifəsi boş qalıb. İki aya yaxındır ki, mərhum sədrin səlahiyyətləri heç kimə həvalə edilməyib. Maraqlıdır ki, sabiq sədrin 3 müavinindən heç birinə əvəzedici statusu verilməyib. Elə bu məqamın özü Arif Vəliyevin heç bir müavininin 21 ildən artıq vəzifədə olan keçmiş sədrin sağlığı dövründə irəli çəkilməməsinə əyani sübutdur.
Bununla bağlı əldə etdiyimiz məlumatlara görə, son günlər Dövlət Statistika Komitəsində sədr vəzifəsi uğrunda mübarizə daha da genişlənib. Artıq uzun müddətdir, komitədə sərbəstlik hökm sürür: "Sədrin olmaması fonunda yaranmış sərbəstliklə əlaqədar komitədə gizli mübarizəyə start verilib. Belə ki, Dövlət Statistika Komitəsi Kollegiyası üzvləri, sədrin müavinləri, şöbə müdirləri arasındakı mübarizə açıq müstəviyə keçib". Nəzərinizə çatdıraq ki, kollegiyanın üzvləri: - Həmid Bağırov -Dövlət Statistika Komitəsi sədrinin birinci müavini, Rauf Səlimov - komitə sədrinin müavini, Alxan Mansurov - Dövlət Statistika Komitəsinin Statistika İşlərinin Əlaqələndirilməsi Şöbəsinin müdiri, Bəxtiyar İsmayılov - Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri, Yusif Yusifov - komitənin Sənaye, Nəqliyyat və Rabitə Statistikası Şöbəsinin müdiri, Vəli Allahverdiyev - komitənin Baş Hesablama Mərkəzinin direktorudur. İddialılar çox olsa da, əsas rəqabət nazirlərin qohumları arasında gedir. Bakı qrupunun əsas namizədi olan şəxslərdən birinin özünə yeni komanda formalaşdırmağa başladığı deyilir. O, komitə sədri olacağı təqdirdə yenidən formalaşacaq komandasının tərkibində bəzilərinin yer almayacağını qətiləşdirib. Bu səbəbdən də Dövlət Statistika Komitəsinin sədri uğrunda rəqabət həlledici mərhələyə daxil olub. Komitəyə yaxın mənbələrdən daxil olan məlumatlara görə, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov Arif Vəliyevin yerinə harınlaşan namizədlər arasında ən şanslısı sayılır. Əldə etdiyimiz məlumatlara görə, üstün mövqelərə yiyələnmiş Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri özünə yeni komanda formalaşdırmaqla məşğuldur. O, ilk növbədə ölkənin yuxarı elitası ilə əlaqələri genişləndirir və dərinləşdirir. Bəxtiyar İsmayılov eyni zamanda komitə sədri postu uğrunda gedən rəqabətdə əsas rəqibi olan Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırovun komandasını parçalamaq üçün fəaliyyətə keçib. Həmid Bağırovun namizədliyini istisnasız olaraq köhnə qvardiya dəstəkləyir. Əslən Naxçıvandan olan məmurlar, eləcə də köhnə qvardiyanın başqa regionlardan olan üzvləri Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılovu komitə sədri postunda görmək istəyir. Ancaq mobil komandaya və güclü media dəstəyinə sahib olan Həmid Bağırovun komandasını parçalamaq elə də sadə məsələ deyil. Ona görə də bu yöndə Bəxtiyar İsmayılovun cəhdləri hələ ki, fayda verməyib. Əvəzində isə Həmid Bağırov rəqibinə əzələ göstərə bilib. Qəzetimizə daxil olan xəbərlərdə bildirilir ki, komitə sədri vəzifəsinə daha iki iddialı mövcuddur. Həmin şəxslərdən biri digərinin gömrük sistemində yüksək vəzifə tutan yaxın qohumunu öz komandasına daxil edib. Şöbə müdiri gizli şəkildə onunla görüşüb və anlaşıb. Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi Həmid Bağırovla (sədrin birinci müavini) yanaşı, Rauf Səlimovun sədrin digər müavini, habelə Alxan Mansurovun (komitənin statistika işlərinin əlaqələndirilməsi şöbəsinin müdiri), Yusif Yusifovun (komitənin sənaye, nəqliyyat və rabitə statistikası şöbəsinin müdiri) Vəli Allahverdiyevin (komitənin baş hesablama mərkəzinin direktoru) və digərlərinin də adları komitə sədri postuna yiyələnmək uğrunda mübarizə aparanlar sırasında çəkilir. Komitədən sızdırılan məlumatlarda bildirilir ki, artıq iki aya yaxındır burada kollegial iclaslar vaxtında keçirilmir. Buna səbəb sədr postunun rəsmi olaraq heç kimə həvalə edilməməsi, başqa sözlə desək, DSK sədri vəzifəsinə rəsmi təyinatın olmamasıdır. Məhz həmin səbəbdən də müavinlər - kollegiya üzvləri iclaslara o qədər də maraq göstərmirlər. Bütün bunlar da komitədəki daxili çəkişmələrin görünən üzüdür. Bir sözlə, DSK rəhbəri olmaq istəyi komitənin bəzi rəsmilərini qarşı-qarşıya qoyub. Amma bizdə olan məlumata görə Dövlət Statistika Komitəsinə sədr heç kimin aglına gəlməyən müharibə iştirakçısı olan bir nəfər təyin ediləcək.
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024