Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (29-10-2020, 08:42)
Tramp, yoxsa Bayden: Azərbaycan üçün hansı sərfəlidir? - TƏHLİL


Tramp, yoxsa Bayden: Azərbaycan üçün hansı sərfəlidir?
Bir neçə gün sonra - daha dəqiq desək, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Məlum olduğu kimi, namizədlər Demokratlar Partiyasından Co Bayden və hazırkı prezident, Respublikaçılar Partiyasından Donald Trampdır.

Rəy sorğusu keçirən təşkilatlar, analitik mərkəzlər hansı namizədin qalib gələcəyini hələlik tam olaraq proqnozlaşdıra bilmirlər. Son sorğulara əsasən Bayden 52 faiz səslə 41 faiz etimada sahib olan Trampı üstələyir. Lakin əlbəttə ki, bu nəticələr nisbidir.

Bəs Baydenin, yoxsa Trampın ABŞ-a prezident seçilməsi Azərbaycan üçün sərfəli olar? Mütəxəssislərin əksəriyyəti qeyd edir ki, Tramp 4 illik hakimiyyəti dövründə Azərbaycana qarşı qərəz nümayiş etdirməyib. Lakin Bayden istər Obamanın vitse-prezidenti olduğu dövrlərdə, istərsə də indiki çıxışlarında ermənipərəst mövqe nümayiş etdirir. Bu baxımdan Baydenin hakimiyyətə gəlməsi ilə ABŞ-da erməni lobbisinin daha da güclənəcəyini düşünənlər var.

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb:

“Məlum olduğu kimi, ABŞ-ın ”oturuşmuş siyasət sistemi" var. ABŞ sistem dövlətidir. Yəni bu dövlətdə kimin prezident olması mahiyyətcə nələrisə dəyişmir. Bundan əvvəl də ermənipərəst sayıla biləcək qüvvələr hakimiyyətə gəlmişdi. Bəs dəyişən nəsə oldumu? Onlar öz ölkələrinin maraqlarına zidd addımlar atmağa məcbur oldular, çünki heç vaxt daxili siyasəti xarici siyasətlə qarışdırmaq olmaz. Bir ermənipərəst mövqe ABŞ-ın bölgədə maraqlarını təhlükə altına qoyur. Məsələn, Türkiyə kimi bir dövlətlə ermənilərə görə müəyyən problem yaşaması ABŞ-ın özünə ziyanlı addımdır. Ona görə də bu kimi məsələlərdə çox da narahatlıq keçirməyə dəyməz. Bizim üçün heç bir fərqi yoxdur, kim olmağından asılı olmayaraq, ermənipərəst olarsa daha çox pərişan olacaq, ermənipərəst olmayanda əvvəlki ABŞ siyasətini davam etdirəcək.

Bayden və başqaları da daxildə səs almaq üçün belə bir görüntü verirlər. Mahiyyətcə onlar ABŞ dövlət siyasəti nəyə xidmət edirsə, onu da yerinə yetirəcəklər.

ABŞ-da yəhidi lobbisi də kifayət qədər güclüdür. Məlum olduğu kimi indi yəhudi lobbisi ilə Türkiyənin münasibəti fərqlidir. Amma Azərbaycanla münasibəti isə əksinə, tam yüksək səviyyədədir. İndi kimsə məsələyə erməni kontekstindən yanaşarsa, onda yəhudilərin dəstəyini itirəcək. Ona görə də ABŞ-da mütləq mənada ermənipərəst, yaxud yəhudipərəst prezident olması deyilən bir yanaşma yoxdur. Konkret seçki dairəsi var. Seçki dairəsinin müəyyən dərəcədə rəğbətini qazanmaq üçün seçki ərəfəsində və yaxud ondan sonrakı dövrlərdə onların xoşuna gələn mesajlar verirlər, çünki onlar da seçki kampaniyasına müəyyən qədər ianə, pul ödəyirlər.

Lakin sonradan elektoral baza da anlayır ki, ABŞ dövləti erməni üçün hər hansı fədakarlıq etmək əvəzinə öz maraqlarını qorumalıdır. Ona görə də bu kimi məsələlərdə bizim üçün narahatlığa əsas yoxdur. Sadəcə, dünya üçün mütərəqqi lider olarsa, dünyada yaxşı mənada müsbət dəyişikliklər baş verər. Yəni Amerika proseslərə ədalət anlayışı ilə yanaşarsa, bölgələrdə daha çox sülhün bərqərar olması mümkün olar. Ədalətsiz olarsa, daha çox savaş, qan, insan fəlakətləri yaşanacaq. Ona görə də ümumi bəşəriyyət üçün sadəcə ədalətli mövqedə olması kifayət edir".

“İlk öncə onu qeyd edim ki, Amerika prezidentləri heç vaxt başqa xalqların maraqlarına xidmət etmirlər. Sadəcə, öz maraqlarına uyğun hansı dövləti müdafiə etmək tələb olunursa, o dövləti də müdaifə edirlər. Bu baxımdan Azərbaycanın geopolitik əhəmiyyətinin artmasını nəzərə alsaq, Amerikada prezident kim olursa-olsun, mütləq Azərbaycanın maraqlarını müdafiə etməlidir və edəcək də.

Məlum olduğu kimi, indi İsrail də Azərbaycanın yanındadır. İsrail lobbisi dünyada qeyri-adi təsir imkanlarına malikdir. Bu o deməkdir ki, kim olursa-olsun, ABŞ siyasəti Azərbaycanın mənafeyinə uyğun olacaq".

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov isə qeyd etdi ki, hər iki namizədin Azərbaycana münasibəti yaxşıdır: “Azərbaycan Prezidenti İlham Əliyev ”Fox News"un suallarını cavablandıran zaman da qeyd etmişdi ki, prinsipcə hər iki şəxsin Azərbaycana münasibəti yaxşıdır.

Məlum olduğu kimi, Bayden Obama administrasiyasında vitse-prezident olub və artıq o, Azərbaycanla bu məsələdə əməkdaşlıq edib, birgə işləyib, o cümlədən də Tramp administrasiyası.

Mənim şəxsi fikrimi soruşsanız deyə bilərəm, ABŞ prezidenti seçilmiş şəxs ilk olaraq Amerikanın maraqlarından çıxış edir.

Lakin bu da bir faktdır ki, Amerikada erməni lobbisinin təsiri çox güclüdür, yəni biz bunu nə qədər inkar etsək də Konqresdə, Senatda da ermənilər var və onlar prezident administrasiyasına da təsir edə bilirlər. Təcrübələr onu göstərir ki, Tramp administrasiyası onun birinci prezidentlik dövründə erməni provokasiyasına getmədi. Bildiyiniz kimi, adətən 24 apreldə hər dəfə Amerika prezidentləri bəyanatla çıxış edirdilər. Lakin Tramp emrənilərin bu arzusunu yerinə yetirmədi, bu barədə ifadələr işlətmədi.

Ümumiyyətlə, indiki halda fəaliyyətdə olan Tramp administrasiyasında da birtərəflilik də müşahidə edilir. Pompeonun bəzi, xüsusən də “Qarabağ konfliktinin hərb yolu ilə həlli yoxdur” kimi bəyanatları var. Buna baxmayaraq, bunlar növbətçi bəyanatlar kimi qəbul olunur. Təbii ki, biz istərdik ki, onlar həm BMT Təhlükəsizlik Şurasının üzvü, həm də ATƏT-in Minsk Qrupunun həmsədləri qətiyyətlə neytral olsunlar. Bu cür olmadıqda belə, onların bu işlərə çox da qarışmamasının tərəfindəyik. Bu baxımdan düşünürəm ki, Tramp administrasiyası qalsa, bizim üçün daha yaxşı olardı".

“Məlum məsələdir ki, Amerika cəmiyyətində, dövlətin siyasətində erməni lobbisinin təsirləri yavaş-yavaş zəifləməyə başlayır. Trampın hakimiyyəti dövründə Amerikanın daxili və xarici siyasətində erməni lobbisinin təsirlərinin xeyli dərəcədə zəiflədiyini gördük. Bu nöqteyi-nəzərdən əlbəttə ki, Trampın hakimiyyəti Azərbaycan üçün nisbətən sərfəlidir. Çünki əvvəla erməni lobbisinin təsirlərinə o qədər də uymayan hakimiyyətdir. Amerikanın milli maraqlarını hər hansı etnik qruplaşmanın, o cümlədən də erməni lobbisinin mənafelərindən üstün görə bilən bir hakimiyyətdir. Üstəlik də xüsusilə də enerjidaşıyıcılarının nəqli, Azərbaycanın beynəlxalq, iqtisadi-ticarət inteqrasiyasında mənafelərinə hörmətlə yanaşan və əməli iş görən dövlətdir. Bu mənada Trampın hakimiyyəti bizim üçün sərfəlidir.

Lakin Baydenin də bu gün açıq ermənipərəst mövqedən çıxış etməsini qəti müəyyənləşmiş və gələcəkdə də davam edəcək bir platforma hesab etmirəm. Daha çox müşahidələrimə görə bu qənaətdəyəm ki, Bayden seçici rəyi ilə işləyir. O, yaxşı bilir ki, əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də Tramp erməni lobbisinə və diasporuna o qədər də meyl göstərməyən və qucaq açmayan namizəddir. Belə şəraitdə Bayden ortada qalmış erməni elektoratının səsini, dəstəyini, rəğbətini qazanmaq üçün müəyyən ermənipərəst bəyanatlar səsləndirməyi özünə rəva görür, bu taktikadan istifadə edir. Ona görə də Baydenin son günlər ermənipərəst çıxışlarını, sadəcə, seçki taktikası hesab edirəm və düşünürəm ki, onun seçilmə şansı az olsa da, hətta nəzəri olaraq belə seçildikdən sonra onun ermənipərəst mövqelərində çox da dərinə gedəcəyini düşünmürəm. Həmçinin Bayden də Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini əldə saxlamağının mümkünsüzlüyü barədə açıq fikir bildirib. Bu da onun gələcəkdə Ermənistana mümkün dəstəklərinin müəyyən çərçivədə olacağını söyləməyə əsas verir".
“Yeni Müsavat”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024