Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (13-03-2018, 16:05)
BDU-nun kimya fakültəsinin tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər

BDU-nun kimya fakültəsinin tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər

 

Bakı Dövlət Universitetinin kimya fakültəsinin IV kurs tələbələri 19 fevral 2018-ci il tarixindən etibarən bir ay müddətinə AMEA Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər. Məqsəd tələbələrin təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri təcrübi olaraq dərinləşdirməsi, eyni zamanda istedadlı gənclərdə elmə maraq oyadaraq, gələcəkdə magistratura və doktorantura pillələrində elmi tədqiqatlara cəlb olunmasıdır.

İlk tanışlıq günündə tələbələr Aşqarlar Kimyası İnstitutunun yaranma və inkişaf tarixindən, əməkdaşlar tərəfindən fundamental tədqiqatlar sahəsində aparılan işlər barədə məlumatlandırılıb. Bundan başqa, tələbələrə institut laboratoriyalarının elmi fəaliyyəti, beynəlxalq əlaqələr, gənc alimlərin elmə həvəsləndirilməsi üçün həyata keçirilən layihələr haqqında geniş məlumat verilib. Tələbələr BDU-nun Kimya fakültəsinin institutda yerləşən Aşqarlar, sürtkü materialları, yağlar və soyuducu mayelər baza kafedrasının fəaliyyəti ilə yaxından tanış olublar. Qeyd edək ki, həmin kafedrada mütəmadi olaraq bakalavr və magistrantlar üçün mühazirə və seminarlar təşkil olunur.

Tələbələr əsasən üç nəfərdən ibarət qruplar şəklində ayrı-ayrı laboratoriyalarda cihazların iş prinsipləri, həyata keçirilən elmi tədqiqatlarla yaxından tanış olurlar. İnstitut rəhbərliyinin təlimatı əsasında hər bir laboratoriyada tələbələrə mühazirə keçirilir, sonra isə institutun elmi tədqiqatlarına uyğun tərcübələr nümayiş etdirilir.

Qeyd edək ki, təcrübə müddəti mart ayının 19-da yekunlaşacaq.

 

BDU-nun kimya fakültəsinin tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər
BDU-nun kimya fakültəsinin tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024