Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (22-02-2021, 20:50)
DƏLİXANAYA ATILMIŞ KİMSƏSİZ QOCANIN MANİFESTİ: ŞOK SƏS YAZISI

DƏLİXANAYA ATILMIŞ KİMSƏSİZ QOCANIN MANİFESTİ: ŞOK SƏS YAZISI


ƏƏSMN-nin tabeliyindəki müəssisə rəhbərləri “həmkar həmrəyliyi” göstərərək, mütəşəkkil cinayət törədiblər

“”Qocalar Evi”nin direktorunun "dəli" etdiyi qocadan açıqlamalar” sərlövhəli, “ƏƏSMN zülmə tabe olmayan kimsəsiz qocaları dəlixanaya salır” yarımbaşlıqlı tənqidi məqaləni dərc etdikdən sonra Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeçiliyində olan Müharibə və əmək əlilləri üçün pansionatın direktoru Samirə Mehdiyeva ondan şikayət edən, şiddətə məruz qoyduğu, sonra isə Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası üzərindən Gəncədəki eyni profilli müəssisəyə yerləşdirdiyi 70 yaslı Hüseynağa Nuriyevin üstünə öz elçilərini tökməyə başlayıb.

Bu barədə redaksiyamıza özü zəng edərək məlumat verən Nuriyev bildirib ki, Samirə Mehdiyeva ondan qanunsuz müsadirə etdiyi, yaddaş qurğusundan direktorun və işçilərinin korruptiv əməllərini ifşa edəcək vacib səs yazıları olan mobil telefonunu neçə ay özündə saxladıqdan və təbii ki, audio-qeydləri cihazdan sildikdən sonra nəhayət, Gəncəyə göndərib. Ötən müddət ərzində Hüseynağa kişi pensiyasından kəsib özünə başqa telefon almağa məcbur olsa da, tez-tez Samirə Mehdiyevaya və işçilərindən Pərvanəyə israrla zəng edərək əvvəlki telefonunu tələb edib. Çünki telefonda ona lazım olan nömrələr, mərhumə anasının və ailə üzvlərinin xatirə-şəkilləri vardır. Əvvəlcə onun boynuna qoymağa çalışıblar ki, telefon onunla birgə Gəncəyə göndərilən əşyalarının içində olub. Nuriyev isə yaxşı xatırlayır ki, o, zorla Gəncəyə yola salınanda S.Mehdiyeva onun telefonunu əlində tutubmuş və telefonun yaddaş qutusunu yoxlayacağını, yalnız bundan sonra göndərəcəyini söz vermişdi. Telefonu Gəncədə Hüseynağa kişiyə təhvil verən tibb bacısını da öyrədiblər ona desin ki, telefon əvvəl başdan onunla birgə göndərildiyi müəssisəyə verilən “şəxsi iş”inin içindəymiş. Halbuki, telefonu çatdıran tibb bacısından əvvəl Nuriyevi “ziyarət” edən baş həkim Fərhad cihazın artıq Bakıdan göndərildiyini, yolda olduğunu deyibmiş.

Fərhad həkim Hüseynağa kişi ilə mülayim tərzdə başqa söhbətlər də edib. Məsələn, hal-əhval tutandan sonra başına gələnləri danışmasını xahiş edib. O da Bilgəhdə və Maştağada yaşadığı gərginlikləri nəql edib. Baş həkim diqqətlə dinləyəndən sonra ona bildirib ki, onun yeri psixi xəstələr arasında deyil, yenidən Bilgəhə göndərilməyə razı olub-olmadığını soruşub. O da razılıq verib.

Məlum yazının “Nyus.Az” saytında və ona istinad edən digər elektron KİV-də yayılmasından ötən son beş günün içində Hüseynağa Nuriyevə Bilgəh “Qocalar Evi”nin ahıl sakinlərindən Vaqif adlı bir ağsaqqal da zəng edib. Vaqif kişi deyib ki, direktor Sdamirə Mehdiyeva heç də onun düşündüyü kimi deyil, əslində yaxşı adamdır. Dilə tutmağa çalışıb ki, Samirədən üzr istəsin, Bigəhə qayıtsın. Nuriyev əlbəttə ki, onunla razılaşmayıb. Heç bir təqsiri olmadığı, əksinə, Mehdiyevanın özünü təqsirkar saydığı halda halda ondan üzr istəməli olmadığını deyib. Üstəlik, Vaqif kişiyə xatırladıb ki, onun (Vaqifin) özü də iki ay əvvəl Nazirliyə Samirədən şikayət etmişdi. Vaqif artıq direktorla barışdığını, bundan sonra rifahının yaxşılaşdığını desə də, Nuriyevi yola gətirə bilməyib. Hərçənd, sözarası vurğulayıb ki, məsləhətinə əməl etməsə, axırı onun üçün yaxşı qurtarmayacaq.

Nuriyev Gəncədən zəng vuraraq redaksiyamıza telefonla verdiyi məlumatda həmçinin bildirib ki, Bilgəhdən göndərilərkən onun təkcə telefonuna deyil, başqa şəxsi əşyalarına da əl qoyublar. Əşyalar yüklənərkən gözünə sataşmayan əşyalardan videomaqnitofonunu, odeyalını (fabrik istehsallı yorğan) son anda tapdırıb. Amma sonra Gəncədə ona məlum olub ki, divar saatı və başqa əşyaları, ən başlıcası isə kitabın arasına qoyduğu 300 manat pulu da çatmır. Bildirir ki, “yoxa çıxmış” əmlakından və pulundan ötrü Bilgəh pansionatında işləyən sanitar qadına zəng vurub. O isə Hüseynağa kişiyə deyib ki, pansionun Slavik adlı sakini onun otağını “yarıb”. Nuriyev axtarıb Slavikin telefon nömrəsini tapıb. Ona zəng edib eşitdiyinin doğru olub-olmadığını soruşub. Slavik oğurluq etdiyini boynuna alıb. Ancaq yalnlız əşyaları götürdüyünü etiraf etsə də, puldan xəbəri olmadığını deyib. Bu işə necə cəsarət etdiyini isə belə bir “arqumentlə əsaslandırıb: “Samirə xanım dedi ki, Hüseynağanın ayağı bir də buralara dəyməyəcək”.

Bu mövzuda qələmə aldığımız ötən yazılarda qeyd etmişdik ki, Maştağadakı 1 saylı psixiatriya xəstəxanasında Hüseynağa Nuriyevi ziyarət etməyə cəhdimiz uğursuz alınandan sonra təxminən 100 manatlıq bazarlıq edərək onun üçün apardığımız ərzaq sovqatının, siqaret qutularının aqibətini şöbə müdiri Leyla həkimdən soruşmuşduq. O isə Nuriyevlə telefon əlaqəmizi təşkil etməyəcəyini açıq desə də, sovqatın çatdırıldığını bildirmişdi. Lakin Nuriyevlə artıq o Gəncəyə aparılandan sonra əlaqə saxladığımız vaxt sovqatın da Maştağada ona çatmadığını demişdi. Həkimlərin xəstəyə göndərilən ərzaq sovqatını mənimsəmək kimi bir rəzil hərəkətə qol qoya biləcəklərinə inanmaq çətin olduğu üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasənın baş həkimi Ağahəsən Rəsulovla əlaqə saxladıq. O, ərzaq sovqatından xəbəri olmadığını desə də, Hüseynağa Nuriyevin həqiqətən də psixi cəhətdən sağlam olduğunu, bu barədə Bilgəh pansionunun direktoru Samirə Mehdiyeva ilə fikir mübadiləsi apardığını, Samirənin ondan Hüseynağanın bir ay Maştağada saxlanılaraq Gəncəyə göndərilməsi üçün xarakteristika yazılmasını xahiş etdiyini etiraf etdi.

Göründüyü kimi, S.Mehdiyevanın xahişini yerinə yetirməyi adicə həmkar həmrəyliyi hesab edən A.Rəsulov yəqüin heç fərqinə də varmır ki, törətdikləri əməl cinayətdir, özü də mütəşəkkil cinayət! Axı söhbət insan taleyindən gedir. Ədalətsizliyə, məruz qaldığı şiddətə, şahid olduğun korrupsiyaya qarşı etiraz səsini ucaltdığı üçün dəlixanaya saldırılan kimsəsiz qocadan gedir.

Mövzuya qayıdacağıq.

Nyus.Az

O
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024