Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (22-05-2014, 10:17)
Aksiya keçirilən liseylə bağlı şok faktlar

 

Texniki Humanitar Liseydə baş verən məlum aksiyadan sonra redaksiyamıza liseyin müəllimləri tərəfindən məktub ünvanlanıb

Texniki Humanitar Liseydə baş verən məlum aksiyadan sonra redaksiyamıza liseyin müəllimləri tərəfindən məktub ünvanlanıb. ANS PRESS-ə məktub göndərən şəxs adını anonim saxlasada liseydəki vəziyyətin acınacaqlı formada olduğunu qeyd edir.

Bütün müəllim kollektivi adından liseydəki nöqsanların işıqlandırılmasını xahiş edən şəxsin məktubunu sizə təqdim edirik:

“Salam hörmətli redaksiya. Bir neçə gün bundan öncə Bakı şəhəri, Nəsimi rayonunda fəaliyyət göstərən Texniki Humanitar Liseydə bildiyiniz kimi şagirdlərin və valideyinlərin etiraz aksiyası olmuşdu. Liseydə hökm sürən xaos tək valideynlərin yox həm də, liseyin kollektivini narahat edir. Liseyə müvəqqəti təyin edilmiş direktor (Simuzər Əlieya) və onun müavini işə başladıqları gündən liseydə yalnız ozbaşınalıqla məşğul olmuşlar. Bu günədək direktor və müavini hər addımlarında müəllimləri təhqir edir, müllimlərə əmr verərək şagirdlərə aşağı qiymətin yazılmasını tələb edirlər.

Bununla yanaşı 11-ci siniflərdən rüşvət qarşılığında dərslərə gəlməmələrinə göz yuman rəhbərlik həm müəllimlərə, həm şagirdlərə, həm də valideyinlərə kobud münasibət göstərirlər. Liseyin direktor müavini heç özü etik normalar çərçivəsində davaranış qaydalarını bilmir. Bundan başqa direktorun katibəsi Valicanova Aysel direktor və müavinlə əlbir olaraq liseyə artıq indidən rüşvət alaraq gələn il üçün uşaqların qəbulunu təşkil edir. Bütün hallarda bu üçlük təhsil sistemindən uzaqlaşdırılmalıdır. Heç kəsin haqqı yoxdur ki, haqsız yerə şagirdləri liseydən kənarlaşdırsın. Buna nə dövlətin qanunvericiliyində, nə də Liseyin daxili nizamnamısində rast gələ bilərsiniz”.

Məktubda qeyd edilir ki, liseydə təşkil olunmuş monitorinq-imtahan Təhsil Nazirliyinin qəbul etdiyi normativlər əsasında həyata keçirilmir. Müəllifin iddialarına görə, imtahanın 4 fəndən ibarət olacağı elan edilsə də, sonradan qəflətən 8 fənə çıxardılır:
“Bu isə şagirdlərin üzərində böyük stress yükünün yaranmasına gətirib çıxarır. Son nəticədə isə imtahanın nəticələri mənfi olub. Bundan başqa nəzərinizə çatdırmaq istəyirəm ki, digər amillər də imtahanın nəticlərinə öz mənfi təsirini göstərib.

Belə ki, imtahanda qoyulmuş test sualları siniflər üzrə düzgün bölüşdürülməyib. Məsələn: 6-cı sinfə 7-ci sinifin sualları və ya 8-ci sinifə 9-cu sinifin sualları qoyulub. Bundan başqa rus bölməsinin imtahanı zamanı rus dilli şagirdlərin testin suallarını aydınlaşdırması zamanı dəvət edilmiş nəzarətçilərin rus dilini bilməməsi nəticəsində şagirdlər yanlış istiqamətdə yönləndirilib. 

Bütün bu sadaladıqlarımdan belə bir nəticəyə gələmək olar ki, imtahan günü haqlı olaraq şagirdlərdə qorxu və stress hissi yaranıb və nəticədə də şagirdlər bizə müxtəlif sualar ünvanlandırıb. Müəllimlik sənəti humanist sənətdir, insan mənəviyyatını formalaşdıran sənətdir. Uşaqlara olan sevgi müəllim fəaliyyətinin humanist istiqamətinin əsasıdır. Müəllim bütün hallarda, xüsusən “müəllim-şagird”, “müəllim-pedaqoji kollektiv”, ” məktəb rəhbərliyi-müəllim “, “müəllim-valideyn” münasibətlərinin qurulmasında pedaqoji taktı-nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməlidir. Həmçinin şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır”.
Müəllif məktubun sonunda kollektiv adından bu mövzunun bir daha ciddi araşdırılmasını və işıqlandırılmasını istəyib.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Nəsimi rayonunda yerləşən Texniki-Humanitar liseyin şagirdlərinin aksiyası ilə bağlı açıqlama verilmişdi.

BŞTİ-nin İctimaiyyətlə Əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, Texniki humanitar liseyin şagirdlərinin valideynlərinin narazılığı V-X siniflər arasında aparılmış monitorinqin suallarının proqramdan kənar olması ilə bağlı olub.

İdarədən bildiriblər ki, bununla əlaqədar olaraq valideynlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş keçirilib: “Monitorinqin suallarının dərs proqramına uyğunluğunun yenidən yoxlanılması ilə bağlı razılığa gəlinib”.
Qeyd edək ki, sosial şəbəkələrdə Texniki humanitar liseyin şagirdlərinin aksiya keçirmələrini əks etdirən video görüntülər yayılıb. Videoda narazı şagirdlərin liseyin qarşısına toplaşaraq direktor və müavinin işdən azad edilməsini tələb etdikləri əks olunub.

Məsələ ilə əlaqədar olaraq Təhsil Nazirliyindən bildiriblər ki, lisey şagirdlərinin aksiyası ilə bağlı artıq Nazirlik tərəfindən araşdırma aparılır və araşdırma yekunlaşdıqdan sonra açıqlama veriləcək.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024