Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-05-2014, 12:49)
Mikayıl Cabbarovdan mətbuata qadağa

Mikayıl Cabbarov yeni təhsil naziri təyin olunanda ictimaiyyətdə onun ciddi islahatlar aparacağına güman yarandı. Bu gözləntilər hələ də qalır və ölkə ictimaiyyəti Azərbaycanın əsas ağsayan sahəsində ciddi dəyişikliklərin baş verəcəyinə inamını itirmir...

 

Hər halda Mikayıl Cabbarovun aydın təfəkkürünə, geniş dünya görüşünə kimsə şübhə eləmir.
 
M.Cabbarovun vəzifəyə təyin olunduğu ilk günləri yada salaq. Yeni nazir manşetlərdən düşmədi. Onun adi açıqlaması belə jurnalistlərin diqqətini cəlb edirdi. Lakin bu maraq getdikcə azaldı…  O sadə səbəbdən ki, cənab nazir mətbuatla sıx əməkdaşlıq şəraitində işləməyə maraq göstərmədi. Hətta deyəsən M.Cabbarov mətbuatla əlaqələrə tamamilə son qoymaq niyyətindədir.
 
Nazirlikdəki mənbədən daxil olan məlumata görə, M.Cabbarov abunə ənənəsinə  son qoyub. Nazir göstəriş verib ki, Misir Mərdanovun dövründə nazirliyin abunə yazıldığı qəzetlərlə müqavilə dayandırılsın. Mənbə belə göstərişlərin səbəbini onunla izah edir ki, nazir il ərzində təhsilin inkişafında dönüş yarada bilmədiyi üçün hədəfə çevriləcəyindən çəkinir və ortaya çıxa biləcək “xoşagəlməz” materialların təhsil ictimaiyyətinin gözündən uzaq düşməsinə çalışır.
 
Cənab nazirin mətbuata isti münasibət göstərməməsinin səbəbi aydın olmasa da güman edirik ki, onun bu davranışı ötəridir. M.Cabbarov təfəkkürümdə və səviyyəsində olan adamlar media ilə münasibətləri korlaya bilməzlər. Əslində ondan başqalarına nümunə ola biləcək addımıar gözlənilir.Həm də bir ETİMAD məsələsi var axı, onu doğrultmaq lazımdır... 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024