Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (18-03-2014, 20:19)
Sevil Əliyevadan azərbaycanlı oliqarxlara sərt – CAVAB

Londonda «Golden  & Co» şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün xüsusi olaraq hazırlanmış və üzərində  mərhum prezident  Heydər Əliyevin imzası  olan qızıl korpuslu  «iPhone  5S gold limited» telefonlarının istehsal olunması ilə bağlı ötən gün kütləvi informasiya vasitələrində yayılmış məlumatlara Heydər Əliyevin qızı Sevil Əliyeva münasibət bildirib. Spacenews.az-ın məlumatına görə, S.Əliyeva  bu hadisədən nəinki sevinmədiyini, əksinə  hiddətləndiyini bildirib:  “İnternet saytlarında yayılmış məlumatlara görə, Londonda «Golden  & Co» şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün  atam, ümummilli lider Heydər Əliyevin imzası həkk olunmuş qızıl korpuslu “iPhone  5S” telefonları buraxılıb.   Bu hadisə məni nəinki sevindirmədi, hətta hiddətləndirdi. Azərbaycan üçün ən mühüm, ən taleyyüklü sənədlərdə olan, ölkənin xilaskarı və qurucusu dahi Heydər Əliyevin imzasının kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının üzərində olmasını böyük günah hesab edirəm. Mən Heydər Əliyevin qızı kimi  belə xoşagəlməz hallara kəskin etiraz edir və qadağa qoyuram”.

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024