Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-12-2014, 12:15)
Ziya Məmmədov yola salınır

Azərbaycan hakimiyyətinin ən yuxarı eşelonundakı iri budaqlardan birinin kəsilməsinə qeyri-rəsmi sərəncam verilib

 

 Gələn ilin iyun ayında Bakıda keçiriləcək Avropa Yay Oyunlarından sonra iqtidarın ən korrupsiyaya bulaşmış, adı müxtəlif cinayət hadisələrində, özbaşınalıqlarda hallanan məmuru - nəqliyyat naziri Ziya Məmmədov yola salınır. 
PİA.AZ xəbər verir ki, bu haqda “Yeni Müsavat” qəzeti məlumat yayıb. Xəbərdə bildirilir ki, Məmmədovlar ailəsinə bu barədə ciddi bir siqnal gəldiyini iddia edən mötəbər qaynağın qəzetə verdiyi xəbərə görə, nəqliyyat şefi iyun olimpiadasından sonra vəzifəsi ilə vidalaşmalı olacaq. Mənbənin iddialarına görə, əslində uzun müddətdir vəzifəsindən uzaqlaşdırılması planlaşdırılan nəqliyyat “imperatoru” bir neçə dəfə bu təhlükədən özünü qoruya bilib. Əvvəlcə, nazirin iş adamı olan oğlu Anar Məmmədovun barəsində Türkiyənin məşhur “Hürriyet” qəzetində çap edilən məqalə sarsıdıcı zərbə oldu. Məqalədə A.Məmmədovun mühafizəçisini öldürməyi sifariş verdiyi iddia edilirdi. 
Ardınca nazir oğlunun Amerikada lobbiçilik fəaliyyətinin fiaskoya uğraması Məmmədovlara olan etimadı yerlə bir etdi. Azərbaycan-Amerika Alyansının rəhbəri olan A.Məmmədovun qarşısında qoyulan öhdəlik ABŞ-dan gələn bəyanatları yumşaltmaq idisə, nazir övladı xərclənən pulları “sabun köpüyü”nə çevirdi. 
Bu da azmış kimi, ölkə daxilində də Məmmədovların adı mətbuatda bir gün də olsun gündəmdən çıxmayıb. Nazirin deputat qardaşı Elton Məmmədovun oğlu Aynarın jurnalisti döyməyi sifariş etməsi, nəqliyyat müfəttişlərinin ardı-arası kəsilməyən özbaşınalıqları, nəqliyyat sektorunda havaya sovrulan milyonlar bu klan haqda faktlarla  dolu cinayət dosyesi hazırlanmasına səbəb olub. 
Qaynaq qeyd edir ki, deputat Elton Məmmədova “Şöhrət” ordeni verilməsi də məhz nazirin işindən alınacağı ilə bağlı bir işarədir.  “Məmmədovlar ailəsi baş verənlərdən agahdır. Ölkə rəhbərliyinə Ziya Məmmədovun fəaliyyəti barəsində səhih informasiyalar təqdim olunub. Onun istefaya göndəriləcəyi maydan sonra reallaşa bilər. Elton Məmmədova orden verilməsi də bu klanı mədəni şəkildə iqtidardan uzaqlaşdırmaq üçün hesablanıb. Avropa Yay Oyunlarından sonra hökumətin tərkibində ən səs-küylü dəyişikliklərdən biri Ziya Məmmədovun gedişi olacaq. 
Onu da Səfər Əbiyev kimi yola salmaq, sağ-soluna zərbələr endirməklə zəiflətmək, post-nazir dövründə hər hansı fəal iştirakını önləmək nəzərdə tutulub. Çünki Məmmədovlardan kifayət qədər narazılıq var və bundan ölkə rəhbərliyi də məlumatlıdır. 
Nəqliyyat nazirinin istefaya göndəriləcəyi haqda bu vaxta qədər bir neçə dəfə yazılıb. Amma heç biri də reallaşmayıb. Ona görə yox ki, yazılanlar yalandır, sadəcə, həmin dövrdə yaranmış gərginlikdən Məmmədovlar qurtulmağı bacarıb və son anda düyməni basmağa qoymayıblar. İndi isə situasiya onların əleyhinə işləyir və iyundan sonra rəsmi sərəncam veriləcəyi zaman yaxınlaşır," - deyə mənbə mənzərəni belə şərh edir. 
Qaynağın sözlərinə görə, Nəqliyyat Nazirliyindən sərnişindaşınmanın alınması məhz Z.Məmmədovla bağlı başlanmış prosesin tərkib hissəsi idi. Nazirin ətrafında halqanın daralması deputat qardaşının “Şöhrət” ordeni alması ilə legitimləşdirildi. 
Qeyd edək ki, Z.Məmmədov mərhələ-mərhələ tərk-silah olunmuş vəziyyətə gətirilib və onun iri layihələri əlindən alınıb. Z. Məmmədovun “Qarant holdinq”dəki payının böyük hissəsi də başqa bir ələ dövr edilib. Həmçinin onun və oğlu Anar Məmmədovun Bakının mərkəzində köhnə tramvay parkının yerində tikdirdiyi möhtəşəm bina - “Baku Trump Tower” artıq Məmmədovlardan alınıb. Mətbuatda bir neçə ay öncə bu haqda yazılıb. 
Nazir oğlunun “Qarant holdinq”in tərkibində yaratdığı media holdinq layihəsinin də üzərindən xətt çəkildiyi barədə də media yazıb. A.Məmmədovun nəzarətində yalnız bir neçə sayt var ki, onlar da bazara girə bilməyib. 
Z.Məmmədovun ən böyük biznes ortağı olan “Baghlan Gorup”un prezidenti “Hafka” ləqəbli Hafiz Məmmədovla da yolları ayrılıb. “Bank of Azerbaijan”ın böhranla üzləşməsi və şəriklərin ortaq işə son qoyması nazirin çevrəsinin daraldığına sübutdur.
Z.Məmmədovla bağlı vaxtaşırı bu tip xəbərlər yayılır. Onun tez-tez vəzifədən çıxarılacağı barədə mətbuata xəbərlər ötürülür. Nəqliyyat nazirinin öz vəzifəsindən gedəcəyi, işdən çıxarılacağı haqda birmənalı nəsə yaza bilmərik. Biz, sadəcə redaksiyamıza gəlib çatan xəbəri oxuculara çatdırırıq. Amma bir şey dəqiqdir: Ziya Məmmədov və onun klanı hakimiyyətdəki başqa bir klanın açıq hədəfinə çevrilib. Həmin o klan kimin haqqında “gedir”, yaxud “gedəcək” tipli xəbərlər, şayiələr yaydırırsa, gec-tez həmin vəzifə sahibi gerçəkdən də hakimiyyət düşərgəsindən uzaqlaşdırılır. İndiyədək cəmiyyət bunun xeyli örnəyinə şahidlik edib...  
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024