Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-09-2014, 11:59)
“Bu layihəni anti-Azərbaycan dairələri hazırlayıb“

Bahar Muradova: “Avroparlamentin Azərbaycandakı vəziyyəti əks etdirməyən layihəsi tamamilə qərəzlidir”

 

Avropa Parlamentində Azərbaycanla bağlı heç bir fakta söykənməyən, ölkə reallıqlarını əks etdirməyən məsələlərin müzakirəyə çıxarılması dərin təəssüf hissi yaradır.
Bu sözləri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova mətbuata açıqlamasında deyib.
"Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə və layihələrə ev sahibliyi etdiyi, strateji əhəmiyyətli mühüm layihələri gerçəkləşdirdiyi ərəfələrdə zaman-zaman ölkəmizə qarşı bu cür qərəzli kampaniyaların şahidi olmuşuq. Bu, özlüyündə təqdir olunmur, çünki Azərbaycan hazırda regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə əhəmiyyətli töhfələr verən siyasət həyata keçirir, beynəlxalq miqyasda etibarlı tərəfdaş və demokratik ölkə kimi tanınır"- deyən B. Muradovanın  sözlərinə görə, Avropa Parlamentinin bir qrup üzvü hüquqi məsələləri siyasiləşdirərək ayrı-ayrı ölkələrə, o cümlədən Azərbaycana təzyiq göstərməyə çalışır.
“Qətnamə layihəsinin formatına, orada əks olunan məsələlərə, ifadə olunan nəticəyə və digər mqamlara nəzər saldıqda görünür ki, bu layihə anti-Azərbaycan dairələrin sifarişi əsasında hazırlanıb. Ona görə də Azərbaycandakı vəziyyəti əks etdirməyən bu layihə tamamilə qərəzli və qeyri-obyektivdir” - deyə, o, mətbuata açıqlamasında bildirib.
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024