Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-07-2015, 18:46)
Deputatlarımız ATƏT PA-nın yay sessiyasında iştirak edəcək

 

İyulun 4-də Milli Məclis deputatları vitse-spiker Bahar Muradovanın başçılığı ilə ATƏT PA-nın iyirmi dördüncü - illik yay sessiyasında iştirak etmək üçün Finlandiyanın Helsinki şəhərinə səfərə yola düşəcək

 

Milli Məclisin saytında verilən məlumata görə, nümayəndə heyətinə aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, milli Məclisin deputatı Azay Quliyev və deputat Ağalar Vəliyev daxildir.
 
Daimi komitənin iclasında ATƏT PA-nın sədri İlkka Kanerva,  qurumun baş katibi Spenser Oliver və digər rəsmi şəxslər çıxış edəcəklər. Komitədə qurumun maliyyə hesabatı dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq, o cümlədən prosedura uyğun olaraq ATƏT PA-nın yeni baş katibi seçiləcək. 
Bundan başqa, plenar iclasda “Helsinki + 40: gələcəyin ATƏT-in yaradılması” qətnamə layihəsinə baxılacaq, Rusiya Federasiyasının ATƏT çərçivəsindəki öhdəlikləri barədə fikir mübadiləsi aparılacaq.
 
Sessiya çərçivəsində ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər, siyasi məsələlər və təhlükəsizlik, iqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə ümumi komitələrinin iclasları keçiriləcək. Həmin iclaslarda Azay Quliyev müəllifi olduğu “ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə hörmət” qətnamə layihəsini təqdim edəcək, daha sonra ekoloji çağırışlar, təhlükəsizliyin hərbi-siyasi aspektləri, insan alveri ilə mübarizədə cavabdehlik məsələləri müzakirə olunacaq. Silahlı münaqişələr nəticəsində itkin düşənlərin, həmçinin acınacaqlı vəziyyətə düşmüş qadın və qızların məsələsi gündəmə gətiriləcək. ATƏT bölgəsindən olan əcnəbi döyüşçülər–terrorçularla bağlı qanunvericiliyin kompleks islahatına diqqət yönəldiləcək. Beynəlxalq aləmdə neonasizm meyllərinin qarşısının alınmasına dair qurumun üzvləri tərəfindən birgə tədbirlərin hazırlanması və icrası barədə  məruzələr dinləniləcək, diskussiya aparılacaq.
 
Səfər iyulun 10-da başa çatacaq.
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024