Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (9-06-2015, 09:21)
Müdafiə nazirindən nikbin açıqlamalar

 

“Tam əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı rahat bir şəkildə Avropa Oyunlarında iştirak, eləcə də izləyə bilər”. Bunu ANS-ə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib. 

Nazir bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanın tapşırığı ilə bütün güc sturukturları plana uyğun şəkildə öz fəaliyyətlərini həyata keçirir: “Təbii ki, Müdafiə Nazirliyi də ona aid olan məsələlərin həllini planlı şəkildə icra edir. Bu gün tam əminliklə deyə bilərəm ki, bizim üzərimizə düşən vəzifələr yüksək səviyyədə həll olunur və bundan sonra da həll olunacaq”. Z.Həsənov cəbhədəki vəziyyətdən də bəhs edib: “Bu gün möhtərəm prezidentin dediyi sözləri bir daha xatırlatmaq istəyirəm: məhz 2014-cü ilin yayında etibarən cəbhə boyu silahlı qüvvələr bütün təşəbbüsü ələ keçirərək, düşmən üzərində tam üstünlüyə sahib olub”. 
Nazir bildirib ki, bütün hərbi hissələr və birləşmələr gecə-gündüz təlim mərkəzlərində təlimlərini davam etdirir: “Burada əsas məqsəd Azərbaycan Ordusunu müharibəyə hazırlaşdırmaqdır ki, ordu silahlı qüvvələrin qarşısında duran vəzifələrini yüksək səviyyədə yerinə yetirməyə hazır olsun. Deyə bilərəm ki, günü-gündən silahlı qüvvələrin döyüş hazırlığı təkmilləşir və yüksək səviyyədə təşkil olunur. Bununla yanaşı, onu da qeyd etmək istəyirəm ki, döyüş hazırlığının həddi yoxdur. Gecə-gündüz təlimlər davam etdirilir. Bu təlimləri həyata keçirmək üçün bu imkanı bizə Azərbaycan iqtisadiyyatı verir. Təlimlərdə çox sayda sursat və texnikadan istifadə olunur. Təbii ki, bütün bunların hamısı vəsait tələb edir. Xüsusən Azərbaycanın inkişafı bizə imkan verir ki, gecə-gündüz döyüş hazırlığı ilə məşğul olaq və döyüş hazırlığını yüksək səviyyədə təşkil edək”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024