Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (18-02-2015, 16:52)
“Manatın taleyi neftin qiymətindən asılıdır”

“Manatın taleyi neftin qiymətindən asılıdır”

Ötən gün Mərkəzi Bankın sədri Elman Rüstəmov dövlət kanalına müsahibəsində çevik məzənnə siyasətinin idxalı bahalaşdırcağı ilə bağlı anons verib

 

İqtisadçı ekspert Natiq Cəfərlinin müsahibəsini təqdim edirik. 
- Elman Rüstəmovun çevik məzənnə siyasətinin idxalı bahalaşdıracağı ilə bağlı verdiyi anonsun mahiyyəti nədən ibarətdir?
-Çevik məzənnə siyasəti manatın kəskin olmasa da, yüngül şəkildə ucuzlaşmasıdır. Bu da idxalı ona görə bahalaşdıracaq ki, ölkəyə gətirilən mal və məhsulların böyük əksəriyyəti xaricdən əsasən dollarla alınır.  Təbii ki, manatın məzənnəsində az da olsa hər ay oynamalar olacaqsa, xaricdən dollarla alınan  və ölkəyə gətirilən məhsulların qiymətində də artmalar olacaq. 
- Manatın məzənnəsinin düşməsi nəticəsində inflayasiya nə qədər olacaq?
-Mərkəzi Bank rəhbərliyinin açıqlamasında 2015- ci ildə inflyasiyanın 5-7 faiz olacağı göstərilir. Nəzərə alsaq ki, ötən il rəsmi inflyasiya rəqəmi 1,3 faiz idi. Müqayisədə bu kifayət qədər yüksək artım deməkdir. Əgər bu hədəfə uyğun olaraq reallaşsa, bu il 6-7 faiz inflyasiya gözləntisi var. İnflyasiyanın səviyyəsi Mərkəzi Bankın nə qədər çevik siyasət aparmasından, manatın dəyərdən düşməsindən asılı olacaq. Əgər cüzi dəyərdən düşmə olsa, inflaysiya bu hədlərdə qalacaq.  Gələcək aylarda manatın kursunda ciddi enmələr olacaqsa, inflyasiya da artacaq. 
- Belə görünür ki, bütün bu proseslərdən ən çox ziyan çəkən əhali olacaq. Onlara hansı mesajları vermək olar?
- Hər bir ölkənin milli valyutasında yüngülvarı də olsa develvasiya olanda birinci zərbə əhaliyə dəyir.  Çünki Azərbaycanda idxaldan asılılıq çox yüksək səviyyədədir. Bu ərzaq məshullarında 50 faizdən yuxarıdır. Geyim, məişət texnikası, avtomobil bazarı demək olar ki tamamilə xarici bazardan asılı vəziyyətdədir. Ona görə də manatın kursunda enmələr baş verdikdə, bu məhsulların qiymətində də öz təsirini göstərə bilər. Bu da əhaliyə təbii ki ziyandır. Əhalinin gəlirləri ilə qiymətlər arasında disbalans yaranacaq. Bu günə qədər Azərbaycanda əks proses gedirdi. Belə ki inflyasiya aşağı səviyyədə idi, insanların gəlirləri isə inflyasiyaya nisbətən hər il  daha çox artırdı. İndi isə gəlirlərin artım tempi ilə inflyasiya arasında disbalans yaranacaq. Ona görə də Azərbaycan əhalisi öz əmanətlərini qorumaq və “qara gün” üçün yığdıqlarını çalışacaq ki qorusun. Qorumağın yeganə yolu isə öz ehtiyatlarını müxtəlif xarici valyutalarda saxlamaqla olacaq. Çox güman ki, bu proses gələcəkdə davamlı olacaq. 
 
- Sonuncu bu cür proses 2008-2011 ci illəri əhatə etmişdi. Sizcə indiki halda bu nə qədər davam edə bilər?
- Prosesin bu cür davam etməsinin müddəti neftin qiymətindən asılı olacaq. Azərbaycan iqtisadiyyatının böyük bir qismi təəssüf ki, neftdən asılıdır. Neftin qiyməti kifayət qədər uzun müddət aşağı səviyyələrdə qalacaqsa, bu da manata təzyiqi artacaq. Əgər neftin qiyməti bu ilin sonu gələn ilin əvvəlləri yenidən qalxarsa, o zaman Mərkəzi Bank da öz işinə yenidən baxıb başqa qərarlar qəbul edə bilər.
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024