Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (9-08-2018, 17:00)
Qusman Bakı haqqında: Dünyada ikinci belə yer yoxdur

Qusman Bakı haqqında: Dünyada ikinci belə yer yoxdur

 

Dünən tanınmış kino və teatr rejissoru, teleaparıcı, aktyor, Rusiyanın Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti, Bakıda doğulan Yuli Qusmanın 75 yaşı tamam olub. 

Mediatv.az  xəbər verir ki, “StarXit” nəşrinə müsahibə verən Yuli Solomonoviç doğma şəhəri Bakı və getməyi xoşladığı yerlər, eləcə də, Emin Ağalarovla dostluğu haqqında danışıb. 

“Mənim balaca vətənim... Dünyada ikinci belə yer yoxdur. Əgər hələ də getməmisinizsə, məsləhət görürəm. Çox güclü dəyişikliklər baş verib. Əvvəllər şəhər beş mərtəbədən hündür olmayan binalarla mehriban, ailəvi və sadə idi. İndi isə hündürmərtəbəli binaları ilə Dubaya çevirilib. 

1980-cı ildə dağlarda “Qorxma, mən səninləyəm” filmini çəkmişəm. Ətrafda yalnız təbiət vardı. 30 il keçib, ikinci hissəyə başlamışıq. Buraya gələndə başa düşürəm ki, kadrları bir tərəfdən götürmək olar, ancaq yollar fantastikdir!

Tədbirlərin sayı artıb – Avropa Olimpiya Oyunları, “Formula 1” yarışları... Emin Ağalarov isə “Jara” festivalı ilə Azərbaycanın paytaxtını yenidən canlandırdı. Biz dostluq edirik. O, çox yaxşı və düzgün insandır. Möhtəşəm tədbiri ildə bir dəfə o, böyük məbləğlər üçün deyil, xalq üçün edir. Az qala yadımdan çıxmışdı: burada yeganə qalan yerli sakinlərin qonaqpərvərliyi və sadəliyidir, eləcə də, inanılmaz meyvə və tərəvəzlərdir”, - Y.Qusman bildirib. 

Səfər etmək üçün ən çox xoşladığı yerlə bağlı sualı cavablandıran qocaman KVN-çi deyib:

“Mənim evim Rusiya və Azərbaycandır. Mən ABŞ-ı çox sevirəm, orada uşaqlarım yaşayır, İngiltərəni sevirəm, kürəkənim oralıdır, İsraili dostlarıma görə sevirəm. Ona görə konkret demək çətindir. Daim ora-bura uçuram. İşsiz və hərəkətsiz yaşamaq darıxdırıcıdır!”

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024