Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (4-11-2018, 08:35)
İcra başçısı müavininin nəzarət etdiyi yarmarkanı köçürdür - Fotolar

İcra başçısı müavininin nəzarət etdiyi yarmarkanı köçürdür - Fotolar

Sumqayıtın icra başçısı onun yerində göydələnlər tikdirmək istəyir

Sumqayıtdakı yarmarka və meyvə-tərəvəzin topdansatışı ("Əşya bazarı" kimi də tanınır) bazarı gələn həftədən bağlanır.

Reyting.az-a etibarlı mənbədən verilən məlumata görə, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov "Əşya bazarı"nın yerində göydələnlər tikdirmək niyyətindədir.

Bazarın Sumqayıt icra hakimiyyəti başçısının müavin işləyən Akif Quliyevə məxsus olduğu bildirilir.

Zakir Fərəcov müavininin nəzarət etdiyi yarmarkanı köçürdür

Akif Quliyev isə "balaca" adam deyil. O, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin qardaşıdır.

Mənbənin məlumatına görə, başçı ilə müavin arasında münasibətlər çoxdan gərgin idi. Zakir Fərəcov Sumqayıta icra başçısı təyin olunan kimi Akif Quliyevi birinci müavin kimi görmək istəmədiyindən yalnız müavin vəzifəsində qala biləcəyini nümayiş etdirmişdi. Bundan sonra müavinlə icra başçısı arasında Sumqayıtda bir neçə məsələ ilə bağlı ciddi fikir ayrılığı da yaranmışdı. Sadəcə, Zakir Fərəcov müavinini qardaşı Elçin Quliyevə görə tamamilə oyundankənar vəziyyətə sala bilmirdi. Ancaq fürsət düşən kimi, onun nəzarətində olan obyektləri ya sökdürür, ya da başqa yerə köçürtürür. 

Zakir Fərəcov müavininin nəzarət etdiyi yarmarkanı köçürdür

Mənbə eyni zamanda qeyd edir ki, adıçəkilən yarmarkanın köçürülməsi üçün münasib yer axtarılır. Deyilənə görə, yarmarka Sumqayıtın soyuducu anbarları yerləşən əraziyə köçürüləcək. Hazırda həmin ərazidən “Azərsun Holdinq”in sahibi Abdolbari Gözəl istifadə edir. 

Lakin Abdolbari Güzelin də hakimiyyətdə ciddi dəstəyi olduğundan Zakir Fərəcova dişini qıcayıb. 

Reyting.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024