Karusel / Slayd (6-03-2017, 11:41)
"Atabank" ASC-NİN GÖYÇAY FİLİALI MÜDİRİNİN ÖZBAŞINALIĞI-ÖZƏL
Ölkəmizin bank sektorunda problemlər bitib-tükənmək bilmir. Bu sahənin hazırkı vəziyyəti o qədər də ürəkaçan deyil. Məlum olduğu kimi, bu gün ölkəmizdə fəaliyyət göstərən bankların bir çoxu yüksək faiz dərəcələri ilə kredit verir, həmçinin kreditlərin verilməsi məsələsində müştəriləri süründürməçiliyə məruz qoyurlar.
Mediatv.az: Əmanətlərin qorunması məsələsində də müxtəlif problemlər nəzərə çarpmaqdadır. Bəzi banklar əmanətçiləri aldadaraq onların pulunu mənimsəyir və ya əmanətçilər pullarını geri götürmək istəyəndə yubanma halları ilə qarşılaşırlar. Əlbəttə, bu kimi neqativ halların qeydə alınmaması üçün bir sıra tədbirlər həyata keçirilir. Lakin banklardakı ümumi abu-hava qənaətbəxş hesab olunmur. Hətta ölkənin ən iri və nüfuzlu banklarında belə müştərilərin incidilməsi hallarına yol verilir. "AtaBank"-ın Göyçay rayon filialında hökm sürən problemlər və bank müdirinin işində yol verdiyi qanunsuzluqlar barədə hüquq müdafiəçisi Purqafari Azər Ələsgər oğlu tərəfindən Mediatv.az-a müraciət daxil olub.Müraciəti olduğu kimi dərc edirik.
Mənə müraciət edən Göyçay rayonu Əərəbcəbirli kənd sakini Abdullayev Aqil Musa oğluna qarşı "Atabank" ASC-nin Göyçay filialının müdiri Nizami Mahmudov tərəfindən edilmiş saxtakarlıq əməli ekspert rəyi və məhkəmə qərarı ilə subut olunsada cinayəti törətmiş vəzifəli şəxs hələdə cəzalandırılmayıb.Belə ki, Göyçay rayonu Ərəbcəbirli kənn sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abdullayev Aqil Musa oğlu rayonun mərkəzindəki maqazinində elektrik avadanlıqlarının kredit satışı ilə məşğul olur.Rayon sakinləri ondan aldıqları malların pulunu hər ay hissə-hissə ödəyirlər.Göyçay rayonunun 100 dən çox sakini Aqil Abdullayevdən elektirik cihazları almaq üçün "Atabank" ASC-nin Göyçay filialından kredit pul götürürlər."Atabank" ASC-nin Göyçay filialının müdiri Nizami Mahmudov kredit götürən şəxslərlə sahibkar Aqil Abdullayev arasında saxta zaminlik müqavilələri bağlayır. Hansı ki,Aqil Abdullayevin bu zaminlik müqavilələrindən xəbəri olmamış və imza etməmişdir. Götürdükləri krediti ödəyə bilməyən vətəndaşları "Atabank" ASC məhkəməyə verdikdə Aqil Abdullayev bundan xəbət tutmuşdur ki, onun xəbəri olmadan zaminlik müqaviləsinə əvəzinə saxta imza etməklə 100 dən çox vətəndaşa kredit verilmişdir. Aqil Abdullayevin zaminlik müqviləsindəki imzaların ona aid olub-olmamasının yoxlanılması üçün məhkəmədə qaldırdığı vəsatət əsasında ekspert araşdırması keçirilir. Məhkəmə xəttşünaslıq ekspertizasının 16 avqust 2016-cı il tarixli 16629 və həmin tarixli 16630 nömrəli rəyləri ilə iki iş üzrə 18.12.2013-cü il və 17.01.2014-cü il tarixli zaminlik müqavilələrindəki imzaların Abdullayev Aqil Musa oğlu tərəfindən yox başqa şəxs tərəfindən icra olunduğu təsdiq edilir.Məhkəmə xəttşünaslıq ekspertizasının 16 avqust 2016-cı il tarixli rəylərinə mötəbər subut kimi qiymət verən Göyçay rayon məhkəməsinin qərarı ilə Aqil Abdullayev zaminlikdən azad edilir.
Ancaq saxta zaminlik müqaviləsi tərtib edən "Atabank" ASC-nin Göyçay filialının müdiri Nizami Mahmudov barəsində tədbirlər görülmür.Hansı ki, o törətdiyi cinayət əməllərinə görə dərhal məsuliyyətə cəlb edilməlidir.Bu korrupsiya əməlləri ilə savadsız vətəndaşların qanını sovuran Nizami Mahmudovun cinayət hərəkətlərinə qiymət verilib cəzalandırılması üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə şəxsən şikayət ərizəsi ilə müraciət etmişəm.Bankın müdiri Nizami Mahmudov qanunu qaydada cəzalandırılana kimi mübarizəmi aparacam.Mən mətbuat vasitəsi ilə də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə müraciət edib xahiş edirəm "Atabank" ASC-nin Göyçay filialının müdiri Nizami Mahmudovun korrupsiya cinayətini araşdırıb onu dərhal həbs edib barəsində tədbir görəsiniz. Əldə edilmiş konkret və mötəbər subutlar buna tam əsas verir.