Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-03-2018, 14:30)
Ölkədə mənzil tikintisi artıb

Ölkədə mənzil tikintisi artıb

 

2018-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 1824,7 milyon manat vəsaitin 816,2 milyon manatı və ya 44,7 faizi qeyri-neft sektoruna sərf edilib.

Mediatv.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 29,8 faiz artıb.

Ümumi sərmayənin 74,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunan vəsaitin 79,3 faizi məhsul istehsalı obyektlərinin, 14,8 faizi xidmət sahələri üzrə obyektlərin, 5,9 faizi isə ümumi sahəsi 242,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. 

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə əsas kapitala yönəldilən vəsaitlərin 89,2 faizi məhsul istehsalı obyektlərinin, 8,1 faizi xidmət sahələri üzrə obyektlərin, 2,7 faizi isə ümumi sahəsi 209,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Digər tərəfdən ötən il daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 32,9 faizini təşkil etmişdisə, cari ildə bu rəqəm 50,8 faiz olub.  

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024