Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (24-02-2018, 09:46)
“S&P”: Azərbaycanda yaxın iki ildə enerji tarifləri dəyişməyəcək

“S&P”: Azərbaycanda yaxın iki ildə enerji tarifləri dəyişməyəcək

 

Qaz (50 faiz) və mazut (2,4 dəfə) qiymətlərinin artımını kompensasiya etmək üçün 2016-cı ilin dekabrında Tarif Şurasının qərarı ilə “Azərenerji”nin tarifləri 33 faiz artırılıb. 

İqtisadi və sosial vəziyyəti nəzərə alaraq yaxın iki ildə bu istiqamətdə tariflərin dəyişəcəyini hesab etmirik.

Mediatv.az xəbər verir ki, bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyinin “Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı press-relizdə qeyd edilib. 

Bildirilir ki, şirkətin əməliyyatlar üzrə fəaliyyəti gəlirli olacaq:

“Bununla belə, kapital xərcləri dövlət tərəfindən maliyyələşdirilməsə, 2018-ci ildə imtiyazlı pul axınına mənfi təsir edəcək. Əvvəl olduğu kimi, şirkətin kapitalına yüksək risklərin olduğunu qeyd edirik.

Belə ki, şirkətin valyuta ilə borc öhdəliklərinin həcmi 85 faizdir. Yeni təminatsız borc öhəlikləri yaranarsa, bu, dövlətin dəstəyini zəiflədəcək”. 

“Standard&Poors” ekspertləri hesab edir ki, dövlətin cari və ekstrordinar dəstəyi olmazsa,    “Azərenerji” növbəti üç il ərzində yüksək borc öhdəliklərini yerinə yetirməkdə və bir milyard manat (600 milyon dollar) həcmindəki əsaslı investisiya ehtiyacını təmin etməkdə çətinliklə üzləşəcək:

“Hökumətin təsdiqlədiyi Strateji Yol Xəritəsinə uyğun olaraq, “Azərenerji” aktivlərin keyfiyyətini yaxşılaşdırmaq, əvvəlki illərin kifayət etməyən investisiyalarını kompensasiya etmək üçün irimiqyaslı kapital qoyuluşlarına hazırlaşır. 

Eyni zamanda, paylayıcı şəbəkələrin ayrılmasından sonra şirkətin xərclərlə bağlı strukturunda yaxşılığa doğru dəyişikliklər müşahidə edirik. Bizim 2018-ci il baza ssenarisinə müvafiq olaraq, “Azərenerji” 2017-ci illə müqayisədə əməliyyat fəaliyyətindən daha stabil gəlir əldə edəcək.

Bu, 2015-ci il göstəriciləri ilə müqayisədə iki dəfə çoxdur (paylayıcı şəbəkələr ayrılana qədər). 

Nəticə etibarilə, biz hazırda şirkətin kredit qabiliyyətini (stand-alone credit profile – SACP) “B-” səviyyəsində qiymətləndiririk. Bu qiymətləndirmədə dövlətin göstərdiyi cari dəstək, xüsusilə “Azərişıq” tərəfindən edilən bütün ödənişlərə nəzarət nəzərə alınır”. 

Qeyd edək ki, “Standard&Poors” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin emitentin uzun və qısamüddətli kredit reytinqini “BB/B” səviyyəsində təsdiq edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024