Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (5-02-2015, 15:42)
Neft gəlirimiz azalır

"Neftin qiymətinin düşməsi büdcəyə yenidən baxmağı tələb edir"

 

Neftin qiymətinin aşağı düşməsi Azərbaycanın dövlət büdcəsinə yenidən baxmasına səbəb ola bilər.
Ans press-in məlumatına görə, bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
O, "Amerikanın Səsi"nə müsahibəsində deyib ki, bu il üçün neftin büdcədə orta ixrac qiyməti 90 dollar hesablanlıb. 2015-ci ildə neftin ortaq qiymət 60 dollardan çox olmayacaq. Çünki ilin birinci ayı 50 dollardan aşağı olub: "Mən bir neçə rəqəm demək istəyirəm. Əgər qiymət 60 dollar olduğu təqdirdə neft sektorundan ancaq vergilərdən büdcəyə daxil olmalar 600 milyon manatdan (2014-cü ildə neft sektorunun vergi öhdəliyi 2,3 milyard manat olub) aşağı olacaq.
Dövlət Neft Fondu isə 2014-cü illə müqayisədə təqribən 5,5 milyard dollaradək (2014-cü ildə Neft Fondunun gəlirləri 15 milyard dollara yaxın olub) proqnozdan aşağı gəlir götürəcək."
O, neftin qiymətinin aşağı düşməsindən Azərbaycanın ziyanlarına da toxunub: "Rusiyanın maliyyə nazirliyi açıqlayıb ki, sanksiyalar və neftin ucuzlaşmasından Rusiyaya təqribən 200 milyard dollar ziyan dəyib. Ancaq, Azərbaycanda müvafiq qurumlar bununla bağlı heç bir rəqəm göstərməyib. Neftin qiyməti 2013-cü ildə 109 dollar olmuşdusa, 2014-cü ildə bu 101 dollara düşüb. Azərbaycanın ziyanının nə qədər olduğu barədə bir rəqəm açıqlanmadı."
Ümumiyyətlə, Azərbaycan təqribən yanvarda orta hesabla sutkada 700 min barel neft ixrac edib. Buna gündəlik baxsaq, - hər gün qiymətlər bur-iki dollar dəyişir, - hər gün bir dollar itirdikdə 700 min dollar edir.
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024