Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman / Karusel (24-09-2014, 22:45)
"Bilsəydim ki, məni bu qədər söyəcəklər, heç idmanla məşğul olmazdım" - TOĞRUL ƏSGƏROV

 

Hafta.az saytının müsahibi 2012 London Olimpiya Çempionu Toğrul Əsgərovdur. T.Əsgərov səhhətində bəzi problemlər olmasına baxmayaraq, bizimlə danışığa razılıq verdi.


- Bildiyimizə görə, ayağınızdan zədə almısınız. İstərdik bu haqda bir az məlumat verəsiniz...


- Bəli, ayağımdan aldığım zədələrə görə 3 aydır ki, İstanbul "Acıbadem" xəstəxanasında müalicə alıram.


- Son döyüşünüz uğursuz oldu və ayağınız da bundan sonra zədələndi. Uğursuzluqdan sonra insanların sizə baxışı dəyişmədi ki?

 

- Hamı yazır ki, mən ulduzluq xəstəliyinə tutulmuşam, amma heç kim demir ki, 3 aydır ki, xəstəxanadan çıxa bilmirəm. Bilsəydim ki, insanlar sosial şəbəkələrdə məni bu qədər söyəcəklər, təhqir edəcəklər heç idmanla məşğul olmazdım. Mən də klaviatura arxasında əjdaha olardım. İnanın ki, camaatın bir xoş sözü, mənə verilən bütün maddi nemətlərdən üstündür.


- Uğursuzluq əldə etməyinizə və buna görə zədə almağınıza baxmayaraq, deyə bilərsinizmi ki, Azərbaycanda bu gün idman hansı səviyyədədir?


- Mənim fikrimcə, Azərbaycanda idman 10 il bundan öncəki səviyyəyə baxdıqda çox yaxşı inkişaf edir. Qazandığımız bəzi uğurlar da cənab prezident İlham Əliyevin idmana olan dəstəyindən və bu yolda bizim kimi idmançılara olan dəstəyindən irəli gəlir.


- Ciddiliyi və səbirli görkəmi ilə seçilən Toğrul Əsgərov əslində kimdir?


- Xalqdan biri deyərdim.


- İdmana olan maraq sizdə haradandır?


- İdmana daim maraq göstərmişəm. Uşaqlıqdan etibarən daim idmanla məşğul olmuşam. İdman, əsas da güləş mənim üçün yaşam mənbəyidir.


- Bəs ailədə necə, sizdən başqa idmanla məşğul olan var?


- Bəli, xalam oğlu var. Lakin hələ yaşı azdır.


- Siyasətlə aranız necədir?


- Siyasətlə aram yoxdur. Buna baxmayaraq, daim mətbuatda verilən xəbərləri oxuyuram.


- Siyasətçidən yaxşı idmançı olar, ya idmançıdan yaxşı siyasətçi? Məsələn, Ukrayna parlamentinin deputatı Vitali Kliçko kimi...


- Məncə, hər ikisi çətindir. Hərənin öz işi var.


- Bu vaxta qədər bir çox döyüşləriniz olub. Sizə görə ən çətini hansıdır?


- 60 kq çəki dərəcəsində xalçaya çıxdım. 1/8 finalda almaniyalı Tim Şleyherlə qarşılaşdım. Görüş mənim üçün yaxşı başladı. Birinci hissədə 2:0 hesabı ilə qalib gəldim. Bundan sonra 7:1 hesabı ilə rəqibini məğlub edib və 1/4 finala yüksəldim. Budəfəki rəqibim yaponiyalı Keniçi Yumoto oldu. Hər 2 hissədə rəqibi (1:0, 2:2) məğlub edib, yarımfinalda iştirak hüququ qazandım. Finala gedən yolda isə amerikalı Koleman Skottla üz-üzə gəldim. İlk hissədə 1:0, ardınca 4:0 hesabı ilə qələbə qazandım. Həlledici görüşdə isə təcrübəli rusiyalı Besik Kuduxov ilə qarşılaşdım və qalib gəldim. Mənə görə, 2012-ci il London Olimpiyasının finalı ən məsuliyyətli görüşüm olub.


- Sizin üçün əsas gücdür, yoxsa söz?


- Mənim üçün əsas düzgünlükdür.


- Elə olub ki, sizə qarşı düzgün hərəkət etməyiblər?


- Həyatımda heç nə düzgün getmir.


- Sizi ən çox nə əsəbiləşdirir?


- İki il ərzində aldığım zədələr.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024