Xəzərin sahilində gözlənilən çempionluq – REPORTAJ » Mediatv.az informasiya portalı
Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (30-04-2018, 14:30)
Xəzərin sahilində gözlənilən çempionluq – REPORTAJ

Xəzərin sahilində gözlənilən çempionluq – REPORTAJ

 

Bu gün Rusiya Federasiyasının Dağıstan Respublikasında güləş üzrə böyüklər arasında Avropa çempionatına rəsmən start veriləcək.

Mediatv.az-ın Dağıstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 12:00) yunan-Roma güləşi üzrə yarışlar start götürəcək.

Əvvəlcə onu bildirək ki, türkiyəli baş məşqçi Şaban Donatın rəhbərlik etdiyi yunan-Roma güləşi üzrə millimiz ayın 28-dən yarışın keçirildiyi Kaspiysk şəhərindədir. Yığmamız qitənin ən mötəbər turnirində tam heyətlə çıxış edəcək.

Belə ki, məşqçilər korpusu Avropa çempionatında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubova (130 kq) şans verəcək.

Komanda “Kaspi” sanatoriyasında qalır. Xəzər dənizinin sahilində yerləşən bu sanatoriya Kaspiysk şəhərindən avtomobillə getdikdə, yarım saatlıq məsafədə yerləşir. Bütün iştirakçı komandalar qeyd etdiyimiz sanatoriyada məskunlaşıb, qidalanma və məşqləri də məhz bu məkanda qarşılanır.

Sabuhi Musayev adlı şəxsin şəkli.

Yarış Dağıstanın sərbəst güləşçisi, beşqat dünya çempionu Əli Əliyevin adını daşıyan İdman Sarayında (“Anji” futbol klubunun stadionunun yanında yerləşir) keçiriləcək.

Yeri gəlmişkən, milliyyətcə avar olan Əli Əliyev FİLA-da (Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası) xatirəsi olan ilk sovet güləşçisidir. 2011-ci ildən bu saray onun adını daşıyır. Onun adına hər il sərbəst güləş üzrə beynəlxalq turnir də burada keçirilir və dəfələrlə millimiz bu sarayda mübarizə aparıb.

Sabuhi Musayev adlı şəxsin şəkli.

Deyəsən, mətləbdən bir qədər kənar düşdük...

Kiçik bir şəhər olan Kaspiyskdə güləş üzrə qitə birinciliyinə hazırlıqlar çox yaxşı görülüb. Şəhərin mərkəzində bu çempionatın olacağını bildirən posterlərə və ya bayraqlara rast gəlmək olar.

Təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub. Dağıstanda hər zaman terror təhlükəsi ola biləcəyindən şəhərdə əli avtomatlı qara geyimdə gəzişən polis nəfərlərini görmək mümkündür.

Sabuhi Musayev adlı şəxsin şəkli.

Artıq arenada açılış gününə hazırlıqlar gedir. Həmin anın videosunu təqdim edirik:

Bu gün 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində mübarizə reallaşacaq. Bu çəki kateqoriyalarında Eldəniz Əzizli, Taleh Məmmədov, Elvin Mürsəliyev, İslam Abbasov və Türmən Eyyubov çıxış edəcək.

Yeri gəlmişkən, bu heyətdə yalnız 130 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Sabah Şəriəti iştirak edə bilməyəcək. Çünki o, Ukraynanın paytaxtı Kiyevdə keçirilən beynəlxalq turnirdə zədə alıb. Onu gənc Türmən Eyyubov layiqincə əvəzləməlidir.

Yarışa prinsipial rəqiblərimiz olan erməni güləşçilərin gəlməsi turnirdə idmançılarımızın üzərinə ikiqat məsuliyyət qoyur. Məsələn, erməni güləşçiləri yenməsi ilə ad çıxarmış Rəsul Çunayevdən komandanın aparıcı üzvü kimi çox şey gözlənilir.

Olimpiya mükafatçımız dünya çempionu olsa da, heç vaxt böyüklər arasında Avropa çempionu ola bilməyib. Buna görə ondan bu turnirdə mütləq çempionluq gözlənilir.

Ümumiyyətlə, bu turnirdə iştirak edən “klassiklər”imizdən yalnız bir nəfərdə böyüklər arasında qitə birinciliyinin qızıl medalı var. Bu da Rafiq Hüseynovdur. O, 2011-ci ildə Almaniyanın Dortmund şəhərində keçirilmiş qitə birinciliyində 74 kq çəki dərəcəsində çempion olmağı bacarıb. Ümid edək ki, qonşuluğumuzda keçirilən bu yarışdan sonra Avropa çempionlarımızın sayı artacaq.

Qeyd edək ki, mayın 2-dən qadın, ayın 4-dən isə sərbəst güləş üzrə millimiz Avropa çempionatında mübarizəyə qoşulacaq.



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
15 08 2018
14 08 2018