Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (25-10-2017, 11:27)
Almeyda: Azərbaycanda hörmətim var

Almeyda: Azərbaycanda hörmətim var

 

“Santo Andre” mənə qapısını açdı. Orada Junior Kaysara, Kaue, Çikinyo, Rikardo Qular, Rikardinyo və Junior Urso ilə birlikdə çıxış etmişəm. Hər şeyə görə bu kluba borcluyam”. 

Mediatv.az Apasport.az-a istinadla xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda deyib.

2012-ci ildə ölkəsinin “Santo Andre” klubundan Ağdam təmsilçisinə keçən və hazırda “Qarabağ”ın aparıcı futbolçularından olan Almeyda Braziliya mətbuatına müsahibə verib.

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə (0:1) Bakıdakı qarşılaşmada Azərbaycan millisinin heyətində debüt etdiyini söyləyən 28 yaşlı futbolçu ölkəmiz haqda müsbət fikirlər səsləndirib: “Şimali İrlandiya ilə matçda Azərbaycan yığmasının heyətində debüt etdim. Həmin görüşdə komandamız məğlub oldu. Azərbaycanda özümü yaxşı hiss edirəm. Çünki həm klubumda, həm də yığmada mənə hörmət var. Burada təkcə maliyyəyə görə yox, mənə və ailəmə göstərilən qayğıya görə xoşbəxtəm. İnsanlar təvazökardırlar və xaricilərə kömək edirlər”.

Dünya çempionatının seçmə mərhələsində Almaniya ilə keçirilən səfər görüşünə də toxunan Almeyda maraqlı müqayisə aparıb. O, 1:5 hesablı məğlubiyyətə baxmayaraq, özlərini qalib sayır: “Azərbaycan yığmasının heyətində Almaniyaya qarşı oynamaqla xəyalım gerçək oldu. Matçdan əvvəl uşaqlara dedim ki, biz almanlara 5 dəfə məğlub olmuşuq, Braziliya isə bir oyunda 7 qol buraxıb. Buna görə biz qalibik. Burada Çempionlar Liqasında oynamaq, “Real”a, “Çelsi”yə qarşı iştirak etmək şansım var idi. Bu isə mənim uşaqlığımdan bəri xəyalını qurduğum arzu idi”.

“Sambaçı” ölkəmizdə ilk vaxtlar dil baxımından problem yaşadığını etiraf edib: “İngilis dilində danışa bilmirdim və tərcüməçim də yox idi. Bu səbəbdən “quql”dan istifadə edirdim. Ancaq uyğunlaşma dövrünü sürətli keçirdim. Çünki buradakı insanlar başqalarına kömək etməyi sevir, futbolçuların özlərini evlərindəki kimi hiss etməsi üçün çalışırlar. Futbolun dili yoxdur. Meydana çıxmalı və əlindən gələni etməlisən. Sadəcə, burada çox istifadə edilən quzu əti yeməkdən yorulmuşam”.

Qeyd edək ki, Riçard Almeyda geridə qalan 5 il ərzində “Qarabağ”ın heyətində 135 oyun keçirib (34 qol), 4 dəfə Azərbaycan çempionu, 3 dəfə isə ölkə kubokunun qalibi olub.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024