Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (10-02-2014, 20:05)
Müsavatın divanı toplandı

 

 

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. İclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb. 

 

“Mediatv.az” xəbər verir ki, yığıncaqda Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, “REAL” Hərəkatının rəhbəri İlqar Məmmədovun və İsmayıllı hadisələrinə görə həbs olunan, təqsirləndirilən şəxslərin, “N!DA” Vətəndaş Hərəkatı üzvlərinin və digər fəalların məhkəmə prosesləri haqqında məlumat verilib və bu məhkəmələrin bütövlükdə siyasi sifariş olduğunu təsdiqləyən faktlar açıqlanıb.

Uzun müddətdir ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə aparıldığını bəyan edən ölkə başçısının son çıxışında bu şüarı yenidən səsləndirməsi korrupsiyaya və rüşvətxorluğa qarşı ölkədə heç bir real işin görülmədiyinin təsdiqi kimi qiymətləndirilib. Avropa Şurası Parlament Assambleyasının yanvar ayında keçirilən sessiyasında 9 oktyabr 2013-cü il tarixində Azərbaycanda keçirilən Prezident seçkiləri haqqında müzakirələrin aparılmamasının Avropa Şurasından olan gözləntilərin daha da azalmasına səbəb olduğu diqqətə çatdırılıb.

Divanin iclasında Müsavat Partiyası Şəki rayon təşkilatının qərargahının hakimiyyət tərəfindən alınması prosesinə start verilməsi halı pislənilib və bu hərəkətin qanunsuz olduğu bildirilib.

Divan Azərbaycan-türk ictimai fikrinin əsas ideoloqlarından biri olan Əlibəy Hüseynzadənin 150 illik yubiley tədbirinin 22 fevral 2014-cü il tarixində saat 1500-da Müsavat Partiyasının qərargahında keçirilməsi haqqında qərar qəbul edib.

Sonda cari məsələlərə baxılıb.

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024