Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (4-02-2014, 10:58)
Əmlak kralı azərbaycanlı iki milyarder

 

  Forbes” jurnalının rus versiyası Rusiyada ən varlı daşınmaz əmlak sahiblərinin yeni reytinqini açıqlayıb

 

Virtualaz.org saytı xəbər verir ki, reytinq siyahısına Azərbaycandan olan iki milyarder - prezident Vladimir Putinin tələbəlik dostu olmuş İlham Rəhimovun (“İlham Putinka”) biznes ortaqları Zarah İliyevlə Qod Nisanov başçılıq edirlər.
Siyahıda üst-üstə 30 nəfərin adı yer alır. Onların reytinqi 2013-cü ildə malik olduqları daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilmiş gəlirlərin həcmi ilə müəyyənləşdirilib.
“Forbes” bu informasiyaları icarəçilərdən və konsaltinq şirkətlərindən əldə edib. Məlum olub ki, əslən Azərbaycanın Quba rayonundan, məşhur Qırmızı Qəsəbədən olan dağ yəhudiləri Zarah İliyevlə Qod Nisanov ötən il təkcə daşınmaz əmlakın icarəyə verilməsindən 1 milyard 280 milyon dollar gəlir götürüblər.
Zarah İliyevlə Qod Nisanov, habelə onların ortaqları İlham Rəhimov Moskvada 1 milyon kvadratmetrdən çox ərazisi olan daşınmaz əmlaka malikdir. “Moskva” ticarət mərkəzi, “Sadovod” bazarı, “Rıjskaya” bazarı, “Ukrayna” oteli, “Yevropeyski” ticarət mərkəzi və s. onlara məxsusdur. “Forbes”in hesablamalarına görə, ötən il biznesmenlər şəxsi kapitallarını 180 milyon dollar artırıblar. Nisanovla İliyevin hər birinin 3 milyard dollardan çox pulu var.
Reytinq siyahısında ikinci yerdə erməni biznesmen Samvel Karapetyan gəlir. Onun “Taşir” şirkətlər qrupunun daşınmaz əmlakdan əldə etdiyi gəlir 960 milyon dollar olub. “Taşir” çoxprofilli şirkətdir və ora daşınmaz əmlak biznesi ilə yanaşı bir çox biznes sahələri də daxildir.
İlk üçlüyü İsveç əsilli İnqvar Kamprad qapadır. Onun daşınmaz əmlakdan əldə etdiyi gəlir 800 milyon dollar təşkil edib.
Xatırladaq ki, Qod Nisanovla Zarah İliyev ötən il də “Forbes”in reytinqində daşınmaz əmlak kralı elan olunmuşdular. Onların ötən ilki gəliri 1 milyard dollara yaxın idi. 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024