Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-02-2018, 11:47)
Rusiyalı diplomat İraqdakı azərbaycanlı uşaqlardan danışdı

Rusiyalı diplomat İraqdakı azərbaycanlı uşaqlardan danışdı

 

Vətəndaşları İŞİD-ə qoşulmuş və uşaqları ilə birgə vətəni tərk etmiş MDB ölkələrinin hökumətləri həmin uşaqların taleyi ilə maraqlanmır.

Mediatv.az “RİA Novosti”yə istinadə xəbər verir ki, bu sözləri Rusiya Federasiyas Şurasının üzvü, Çeçenistan başçısının Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə nümayəndəsi Ziyad Sabsabi səsləndirib.

Çərşənbə günü Sabsabi Bağdad səfərindən Moskvaya dağıstanlı uşaqla qayıdıb. Babasının xahişi əsasında gətirilən azyaşlının İŞİD-ə biət etmiş atası ölüb, anasının olduğu yer barədə isə indiyə kimi heç bir məlumat yoxdur.

“Biz əvvəl MDB vətəndaşlarını da özümüzlə gətirirdik, ancaq sonradan buna qadağa qoyuldu. Belə ki, Rusiya qanunvericiliyinə görə bizim xarici vətəndaşları – istər Qazaxıstan, Özbəkistan, istərsə də digər dövlətlərin vətəndaşlarını geri qaytarmağa haqqımız yoxdur”, - deyə Sabsabi jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, hazırda İraqda Tacikistandan olan azı 10-12 uşaq, Azərbaycandan isə 15-ə yaxın uşaq qalmaqdadır.

“Bu uşaqlardan ən böyüyünün 7-8 yaşı var. Həmin ölkələrin səfirlikləri onların aqibəti ilə maraqlanmır, biz hər necəsə onlara yardım etməyə çalışırıq. Ancaq uşağın valideynlərindən birinin Rusiya vətəndaşı olduğunu təsdiq edən sənəd olmasa, əlimizdən heç nə gəlmir. Bu nə qədər acı olsa da, faktdır”, – deyə Sabsabi bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024