Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-09-2014, 21:16)
Polisə aparılan zavod direktoruna qarşı ŞOK İTTİHAM

Polisə aparılan zavod direktoruna qarşı ŞOK İTTİHAM

 

İşlətdiyi fəhlələrin pulunu mənimsəməkdə suçlanan və bir sıra qanunsuz əməllərinə görə Nərimanov Rayon Polis İdarəsində dindirilən “Aysberq” Pivə İstehsalat Müəssisəsinin təsisçisi Qasım Muradovun işi baxılması üçün Xaçmaz polisinə göndərilib. 
Mediatv.az xəbər verir ki, bu barədə məlumatı AzNews.az-a direktordan şikayətçi olan Paşa Əliyev verib. Onun sözlərinə görə, Qasım Muradovdan başqa daha 10 fəhlə polisə müraciət edərək, əmək haqlarının verilməsini və onlara müxtəlif yollarla edilən təzyiqlərin dayandırılmasını istəyiblər. Şikayətçi bildirib ki, Pivə zavodunun müdiri özünə hər il evlər və müxtəlif obyektlər tikdirir və həmişə də fəhlələrin əmək haqlarını mənimsəyir: “Kimsə ona etiraz edəndə hədələyir, şikayət verirsən, polis çox vaxt baxmır. Qudurğanlıq edir. Təsəvvür edin ki, rayonda nə qədər tikinti materialı satan dükanlar var, hamısına borcludur. Çoxu haqqını tələb etməyə qorxur”.
Şikayətçi bildirib ki, indi onun rəhbərlik etdiyi usta-fəhlə qrupuna 9440 manat borcu var, amma məsələ təkcə bu məbləğdə deyil: “Biz bundan əvvəl də onun işini görmüşük. Pivə zavodunun da üzləmə-fasad işlərini görmüşəm. Onda bizim 10 min manatımızı kəsdi. Nə qədər çalışdıq ala bilmədik. 
Mən o işdə də ziyana getdim və məsələ ilə bağlı sahibkarın böyük qardaşına şikayət etdim. O sözü gedən borcu mənə verməməklə yanaşı qaçıb gizlənir, zəng edəndə isə məni təhqir edirdi. Mən onunla görüşməyi də təklif etdim ancaq gəlmədi. Uzun müddətli söz-söhbətdən sonra zəng edib dedi ki, gəlin başqa işlərim var onu həll edin, qalan borcu da bu işləri gördüyünüz vaxt qaytararam. Köhnə söz-söhbəti bağlayaq dedi və olanlara görə mənə üzrxahlıq etdi. Yenidən onun şirin dilinə aldanıb rəhbərlik etdiyim işçi heyətlə birlikdə ona Xaçmazda yeni mənzil tikdik. Qasım Muradovun mənzilinin tikintisindən sonra o pivə zavodunda bizim başımıza gətirdikləri oyunu yenidən təkrar etdi ”.
P.Əliyev əlavə edib ki, sahibkarla bağlı Nərimanov Rayon polis idarəsinə etdikləri şikayətə görə yaxın günlərdə Xaçmazda baxılması üçün polisə göndərilib: “İşi Xaçmazda gördüyümüz üçün şikayətin də baxılması sözü gedən rayona göndərilib. Polisə çağırılan kimi özüm işçilərimlə birlikdə - Məmmədov Ramin, Əliyev Hacıbaba, Məmmədov Rauf, Baxışəliyev Fuad, Qacarov Ələsgər, Şakir Raufla birlikdə Xaçmaza gedəcəyik. Biz nə lazım olsa, əlimizdən gələn işi görüb öz zəhmətimizlə onda qalan pulu alacağıq”.

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024