Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-06-2018, 12:31)
TÜRKMƏNİSTAN SƏFİRİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ AMEA-nın MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

TÜRKMƏNİSTAN  SƏFİRİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ  AMEA-nın MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

Türkmənistanın ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Mekan İsanquliyev, Tükmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunun direktoru Davud Orazsahedov və Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri namizədi Hezretqulu Durdjiyev AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Qonaqları Əlyazmlar İnstitutunun elmi işlər üzrə direktor müavinləri filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli və filologiya üzrə elmlər doktoru Paşa Kərimov qarşılamışlar. Görüşdə Aybəniz Əliyeva-Kəngərli qonaqlara Əlyazmalar İnstitutunun yaranması, keçdiyi tarix yol, elmi fəaliyyət istiqamətləri haqqında məlumat verib. A. Əliyeva-Kəngərli həmçinin institutda saxlanan əlyazmaların elektron kataloqlarının hazırlanması və bunun sayəsində yaxın vaxtlarda istənilən ölkədən Azərbaycan əlyazmaları ilə tanışlığın mümkün ola biləcəyi barədə söhbət açıb. O, işin artıq ən çətin və mürəkkəb hissəsinin başa çatdığını bildirib.

Paşa Kərimov isə İnstitutda qorunan qədim əlyazmalar haqqında məlumat verib. O, əlyazmaların saxlanması, mühafizəsi və bərpası istiqamətində görülən işlərdən, institutda fəaliyyət göstərən şöbələrin fəaliyyətindən danışıb. Türkmənistan nümayəndələri ilə institutun rəhbərliyi gələcək əməkdaşlıq barədə müzakirə aparıblar.

Sonra qonaqlar İnstitutun Ekspozisiya zalında olublar. Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov onları ekspozisiya zalında nümayiş olunan əlyazmalarla tanış edib.

Sonda qonaqlar Əlyazmlar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıblar.

TÜRKMƏNİSTAN  SƏFİRİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ  AMEA-nın MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
TÜRKMƏNİSTAN  SƏFİRİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ  AMEA-nın MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024