Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-01-2018, 14:30)
Novruz Aslan: Dahilərimizin heç də hamısı Konservatoriya bitirməyiblər

Novruz Aslan: Dahilərimizin heç də hamısı Konservatoriya bitirməyiblər

 

Konservatoriya qurtarmış hər hansı bir sənətçi  bizdən daha yaxşısını yazıb ortaya qoysun və hamımıza göstərsin ki, mahnı məhz belə olmalıdır.

Mediatv.az Oxu.Az-a istinadən  xəbər verir ki, bunu tanınmış bəstəkar, millət vəkili Novruz Aslan yaşlı nəslin sənət nümayəndələrinin, nisbətən yaşlı bəstəkarların “həvəskar bəstəkar” adlandırılanların Azərbaycan musiqisini öz məhvərindən çıxarması, musiqimizə Latın Amerikası, Şərq, Ərəb-Fars çalarları qatması və sair yönündə ittihamlarına münasibətini bildirərkən deyib.

“Bu ittihamlar onların  hamısına şamil oluna bilməz. Amma həmin ittihamlarda həqiqət də var. Bununla belə  hesab edirəm ki, yaradıcılıq azaddır, heç kimin qarşısına qadağa qoymaq olmaz ki, sən hansısa məktəbi qurtarmamısansa, bəstəkar ola, musiqi, mahnı yaza bilməzsən. Əvvəllər də demişdim ki, dahilərimizin heç də hamısı Konservatoriya bitirməyiblər” - deyən millət vəkili həmçinin  qeyd edib ki, “həvəskar” adlandırılanlar heç də o iddiada deyillər ki, onlara bəstəkar desinlər:

“Mən yaradıcılığa başlayan ilk gündən deyirəm ki, əzizlərim, mən bəstəkar deyiləm. Ümumiyyətlə, məni necə çağırmaq mənim üçün heç bir fərq etmir. Bəstəkar adı mənə nə gətirəcək? Şanmı gətirəcək,  şöhrətmi gətirəcək və ya hansısa maddi dividentmi  gətirəcək? Mənim şanım da, şöhrətim də mənim musiqilərimdir. Əgər insanlar mənim mahnılarım olan diski   əldə edib ona qulaq asırlarsa, bunu mənim qazancım hesab etmək olar. Məni maraqlandırmır ki, mənim adım bəstəkar olacaq və ya yox?!

Mən hər səhər, sürücüm də şahiddir ki, Kamalın “İlahi” musiqisini Xalq artisti Alim Qasımovun ifasında hər gün dinləyib, evdən çıxıram. Bu manhının qarşısında indi kimsə dayana bilər? Yaxud, Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısı qarşısında kimsə dayana bilər? Bir çox nümunələr var ki,  onlar böyük sənət əsəri sayıla bilər. Elə götürək Sevil  xanım Əliyevanın “Ana” mahnısını, onun qarşısında kimsə sakit, həyəcansız duruş gətirə bilər? Cabbar Musayevin “Nə olar Allahım, ayırma bizi” mahnısı kimisə təsirsiz buraxa bilər? Elçin İmanovun “Küləklər” mahnısı da bu qəbildəndir, mən bu mahnıları çox sevirəm.

İndi bunlardan sonra kimin Konservatoriya təhsili olub-olmadığını araşdırsaq, mövzudan yayınmış olarıq. Sevilən musiqilərin müəllifi kimi bizim heç bir iddiamız yoxdur. Konservatoriya qurtarmış hər hansı bir sənətçi  bizdən daha yaxşısını yazıb ortaya qoysun və hamımıza göstərsin ki, mahnı məhz belə olmalıdır. İnkar etmək düzgün üslub deyil-faktı qəbul edib ondan sadəcə nəticə çıxarmaq lazımdır. İnkar yolun ən asanıdır. Mən səni “tanımıram və tanımaq da istəmirəm” üslubu düzgün və xoş sayıla bilməz...”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024